Azərbaycanın Baş Naziri Türkmənistan Prezidenti ilə görüşdü
Siyasət
22:15 / 11.03.2020
5730
Martın 11-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Türkmənistan Respublikasının Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.
Bu barədə Sfera.az-a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hər iki tərəfdən hökumət üzvlərinin də iştirak etdiyi işçi nahar zamanı iki ölkə arasında iqtisadi əlaqələrin indiki vəziyyəti və perspektivləri haqda danışılıb.