Azərbaycanın 50 manatlıq pul nişanı dünyanın ən təhlükəsiz banknotu seçildi

Azərbaycanın 50 manatlıq pul nişanı dünyanın ən təhlükəsiz banknotu seçildi
Noyabrın 17-18-də Beynəlxalq Holoqram İstehsalçıları Assosiasiyasının (IHMA) Böyük Britaniyada təşkil etdiyi beynəlxalq konfransda Azərbaycan Mərkəzi Bankının (AMB) tədavülə buraxdığı yeni 50 manatlıq pul nişanı "ilin mütərəqqi dizayna malik ən təhlükəsiz banknotu” nominasiyası üzrə qalib seçilərək xüsusi mükafata (Excellence Award 2021) layiq görülüb.

Sfera.az  xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumatda deyilir ki, pul nişanının üzərində tətbiq edilmiş "Rolling Star Lead” holoqramı və bu holoqramda ekskluziv olaraq banknotun dizayn mövzusuna ("Təhsil və gələcək”) uyğun yaradılmış 3D effektli elementlər pul nişanlarının saxtalaşdırılması riskinə qarşı ən təhlükəsiz mühafizə elementi seçilib.

Eyni zamanda, "Təhsil və gələcək” mövzusuna həsr olunmuş bu banknotun mövzusunun cəmiyyət üçün aktuallığı qeyd olunaraq onun üzərində əks olunan təsvirlərin (gələcəyə baxışı simvolizə edən – "Günəş”, inkişaf rəmzi olan – "Pillələr”, təhsilin önəmli kateqoriyaları olan "Təhsil ocağı”, "Şagird”, "Tələbə”) ən qabaqcıl mühafizə elementləri ilə sinxron şəkildə kombinasiyası, eləcə də rənglərin gözoxşayan dinamikası xüsusi vurğulanıb.

Hazırda yenilənmiş 50 manatlıq dövriyyədə olan eyni nominallı kağız pul nişanı ilə paralel olaraq tədavüldədir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Turistlərin açıq havada cinsi əlaqə üçün axın etdiyi ada yox olmağa üz tutub: Yerli əhali hərəkətə keçdi - FOTO

İspaniyanın Böyük Kanar adasında yerləşən "Las Dunas De Maspalomas” adlı bölgə ilə bağlı maraqlı araşdırma aparılıb.    Sfera.az-ın məlumatına görə,...

Qar yağdı, 61 nəfər barda köməksiz vəziyyətdə qaldı - 3 gün keçib və heç kim evə getmək istəmir...

İngiltərədə 61 nəfər 3 gün boyunca barda köməksiz halda qalıb.  Sfera.az bildirir ki, buna səbəb ötən həftə müşahidə edilən hava durumu olub. Belə ki...

Türkmənistan prezidentinin xanımının ilk dəfə görüntüsü yayıldı - FOTO

Türkmənistanın paytaxtı Aşqabadda 28-29 noyabr tarixlərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə görüşü çərçivəsində maraqlı hadisə baş verib. ...

Ayının hücumundan sağ çıxan kişi məktub sayəsində 20 gün sonra tapıldı - FOTO

Rusiyanın Krasnoyarsk diyarında 58 yaşlı kişi ayının hücumundan sağ çıxıb, səkkiz kilometr tayqada sürünüb və yazdığı məktub sayəsində üç həftədən sonra xilas e...

Britaniyalı alimlər kosmosdan çəkilən FOTONUN İZİNƏ DÜŞÜB SALYANA GƏLDİ - FOTO

Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Oksford Universitetinin nümayəndələri – professor Riçhard Voalker və universitetin əməkdaşı İan Pierce Salyan rayon...

Cahangir Əsgərov Ərdoğana bığla bağlı verdiyi sözü tutdu - FOTO + VİDEO

AZAL prezidenti Cahangir Əsgərovun yeni imici sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sfera.az xəbər verir ki, bir müddət öncə Füzuli aeroportunun açı...