Sİyasət

Azərbaycanın 100 vətəndaşı Polşadan təxliyə edildi - FOTOLAR

Azərbaycanın 100 vətəndaşı Polşadan təxliyə edildi - FOTOLAR
 "Azərbaycan Hava Yolları" (AZAL) ölkə vətəndaşlarının vətənə qaytarılması üçün çarter reysləri həyata keçirməyə davam edir.

Şirkətdən Sfera.az-a verilən məlumata görə, mayın 21-də Varşavadan Bakıya 100 Azərbaycan vətəndaşının olduğu çarter reysi yerinə yetirilib.

Müəyyən edilmiş qaydalara uyğun olaraq Polşanın paytaxtından gələn bütün sərnişinlər karantinə yerləşdirilib.

Qeyd edək ki, AZAL bundan əvvəl Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq Berlindən çarter reysi həyata keçirib.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031