Azərbaycandan Rusiyaya alma ixrac edəcək şirkətlərin sayı AÇIQLANDI

Azərbaycandan Rusiyaya alma ixrac edəcək şirkətlərin sayı AÇIQLANDI
Azərbaycanın daha 11 şirkəti Rusiyaya alma ixrac etməyə icazə alıb.

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində həyata keçirilən birgə tədbirlərin nəticəsi və Agentliyin zəmanəti əsasında "Rosselxoznadzor” tərəfindən 2021-ci il 14 sentyabr tarixindən daha 11 alma istehsalı müəssisəsindən bu ölkəyə alma ixracına icazə verilib.

Qeyd edək ki, bu günə qədər Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən ümumilikdə 65 alma istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib.

Rusiya Federasiyasına alma ixracına icazə verilən müəssisələrin ixrac potensialı 144 767 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 66 924 ton alma məhsulunun 216 faizi həcmindədir.

OXŞAR XƏBƏRLƏR

Bayden bu gün Ukraynaya yardım layihəsini İMZALAYACAQ - Paketə həm də nələr daxildir?

Aprelin 24-də ABŞ Prezidenti Co Bayden Kiyevə silah tədarükünü bərpa etmək üçün Konqresin təsdiq etdiyi Ukraynaya yardım qanun layihəsini imzalayacaq.  ...

Xalq artisti Tünzalə Ağayeva DƏYİŞDİ - FOTO 

Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, pop star saçlarını uzadıb və rəngini narıncıya boyayıb. Onun yeni ...

Cinayət törədən 55 nəfər SAXLANILDI 

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Bu b...

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi b...

Deputata AĞIR İTKİ - FOTO

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanova ağır itki üz verib.   Sfer...

Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək ça...