AZƏRBAYCANDAKI BU AĞAC XƏRÇƏNGİN DƏRMANI İMİŞ – Alimlərdən şok iddia

AZƏRBAYCANDAKI BU AĞAC XƏRÇƏNGİN DƏRMANI İMİŞ – Alimlərdən şok iddia

Azərbaycan alimləri xarici alimlərlə birgə apardıqları elmi araşdırmalar zamanı Ardıc ağacları (Juniperus oblonga M.Bieb) ilə bağlı maraqlı tibbi məlumat əldə ediblər.

Sfera.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutundan Trend-ə verilən məlumata görə, araşdırma zamanı Ardıc ağaclarında ginekoloji xəstəliklərin – erkən uşaqlıq xərçəngi olan neuroblastomanın (NB) müalicəsi üçün xeyirli olan, şişə güclü təsir göstərə bilən maddə aşkar edilib. Bu ağacda neuroblastomanın müalicəsi üçün güclü təsiredici maddənin olması indiyədək elmi mənbələrdə qeyd edilməmişdi.

İnstitutdan bildirilib ki, dərmana qarşı davamlılığın inkişafı baxımından NB-nin müalicəsi üçün yeni terapevtik strategiyalara ehtiyac var. Hazırda onkolojı xəstəliklərin kimyəvi terapiyası zamanı bir çox bitki mənşəli preparatlardan və ya təbii birləşmələr əsaslı analoqlardan istifadə edilir. Digər tərəfdən, ardıclar sərv ailəsinə mənsub olan həmişəyaşıl kol və ya iynə yarpaqlı ağaclardır. Ardıclar İran, Türkiyə və Qafqaz ərazisində dağlarda yayılan dərman bitkisidir. Bu bitkilərdən alınan liqnanlar, flavonoidlər və diterpenoidlər xərçəng əleyhinə xüsusiyyətlərinə görə sınaqdan keçirilib.

Araşdırma zamanı ardıc növlərindən alınan və əsasən abietan və labdan skeletinə əsaslanan diterpenoidlərin müəyyənləşdirilməsi zamanı hüceyrə xətlərinin neyroblastoması üçün güclü şiş əleyhinə təsir aşkar edilib.

Spektroskopik metodlar və rentgenstruktur analizlərdən istifadə olunmaqla izolyasiya və struktur təhlil yolu ilə ardıclar üzrə aparılan fitokimyəvi tədqiqatlar nəticəsində əvvəllər qeyd olunmamış bir labdan-diterpen, doqquz məlum diterpen, iki məlum liqnan və kumarinin aşkar edilib.


OXŞAR XƏBƏRLƏR

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Çiçəklənən Bakı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi inkişafı ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin edilməsi ölkən...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...

Dünya ölkələrinin hərbi xərcləri: Hansı dövlət nə qədər pul ayırır? - RƏQƏMLƏR

2023-cü ildə bütün dünya ölkələrinin hərbi xərcləri 2,44 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.   Sfera.az xəbər verir ki, bu...

Malıbəylidə kütləvi məzarlıq AŞKAR EDİLDİ - FOTO

Malıbəylidə ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Əsir...

Zərdabda moped, Salyanda avtomobil YANDI

Zərdabda moped, Salyanda isə avtomobil yanıb.   Sfera.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Zərdabda"Orbit" ...