Azərbaycandakı abortların sayı açıqlandı

Azərbaycandakı abortların sayı açıqlandı
Azərbaycanda son 19 ildə abortların sayında artım qeydə alınıb.

Ötən il Azərbaycanda 36 min 141 abort qeydə alınıb. 

Bu barədə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən bildirilib.

Bu rəqəm öncəki illə müqayisədə abortların sayında bir qədər azalmaların olduğunu göstərir. Belə ki, 2017-ci ildə qeydə alınan abortların sayı 37 min 618 olub. 2017-ci il bu statistik göstəricilərə görə 2000-ci ildən bu yana ən çox abortların qeydə alındığı il kimi yadda qalıb.

2017-ci il həmçinin 2010-cu ildən etibarən 15-19 yaşlı qızlar arasında abortların ən çox qeydə alındığı il olub. Belə ki, həmin ildə 15-19 yaşlı 1605 qız abort etdirib.

Xatırladaq ki, 19 il öncə rəqəmlər indiki ilə müqayisədə kifayət qədər aşağı – 17 min 529 olub. (Sputnik Azərbaycan)


OXŞAR XƏBƏRLƏR