Azərbaycanda yüksək vəzifəli şəxslər cəzalandırıldı

Azərbaycanda yüksək vəzifəli şəxslər cəzalandırıldı
 Qusar rayonu Qalacıq kəndinin yaxınlığında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət əsasında aparılan araşdırma yekunlaşıb. 

Sfera.az xəbər verir ki, bunu jurnalistlərə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

O qeyd edib ki, bir müddət əvvəl sözügedən ərazidə ağac kəsintisi faktı müəyyən edilib və təqsirkarın aşkar olunması üçün hüquq-mühafizə orqanlarına müraciət edilib. 

"Aparılan araşdırma zamanı məlum olub ki, Qalacıq kəndinə bitişik meşə fondunun açıq sahəsində aqrobağların salındığı sahə ilə  həmsərhəd olan bələdiyyə torpağında ağaclar Qusar rayon sakini Məhəmməd Tahirov tərəfindən kəsilib.

Faktla bağlı təqsirkar şəxsin  məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görülür. 

Daxil olan məlumatla bağlı vaxtında tədbir görmədiyinə görə, Regional Ekologiya İdarəsinin rəhbərliyi barəsində intizam tənbehi tədbiri görülüb”.

Xidmət rəisinin sözlərinə görə, eyni zamanda, sosial şəbəkədə Qalacıq kəndinin Bəbirqala adlanan sahəsində ağacların kəsiləcəyi ilə bağlı yayılan məlumat da araşdırılıb.  

"Sözügedən ərazidə ağac kəsintisinin olmadığı məlum olub və gələcəkdə hər hansı fəaliyyətin həyata keçiriləcəyi barədə deyilənlər təsdiqini tapmayıb”. 

H.Əlizadə yaşıllıqlara həssas münasibət göstərən, belə məsələlərin işıqlandırılmasında və sona çatdırılmasında onlara kömək edən ictimai fəallara təşəkkürünü bildirib. (oxu.az)

OXŞAR XƏBƏRLƏR

Mədə yanması dərmanları miqrenə səbəb olur

Merilend Universiteti tərəfindən aparılan bir araşdırmada tez-tez istifadə edilən mədə yanması dərmanları ilə miqren riskinin artması arasında əlaqə aşkarlanıb....

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...