Azərbaycanda yeniyetmələrin vaksinasiyasına BAŞLANILDI

Azərbaycanda yeniyetmələrin vaksinasiyasına BAŞLANILDI
Azərbaycanda istisna hallarda (xroniki xəstəlikdən əziyyət çəkənlər və xaricdə təhsil alanlar) 16-18 yaşlı yeniyetmələrə COVID-19 əleyhinə mRNT Pfizer ("Comirnaty”) peyvəndinin vurulmasına başlanılıb.

Vaksinasiyanın aparıldığı Bakı Sağlamlıq Mərkəzindən  bildirilib ki, ötən gündən başlayan vaksinasiya üçün 3 yeniyetmə müraciət edərək peyvənd olunub: "Hər üç yeniyetmə xaricdə təhsil almaq üçün vaksin olunub və onların səhhətində heç bir ciddi hal qeydə alınmayıb”.

Qeyd edək ki, 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb edilir. Həmin şəxslər //randevu.its.gov.az/ saytına daxil olaraq, "COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.

Vaksinasiya mərkəzləşdirilmiş qaydada Bakı Sağlamlıq Mərkəzində aparılır.
 
(report)

OXŞAR XƏBƏRLƏR

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...