Azərbaycanda yeniyetmə qız faciəvi şəkildə öldü

Azərbaycanda yeniyetmə qız faciəvi şəkildə öldü

Sabirabad rayonunda yeniyetmə qız elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Sabirabad rayonu Azada kəndində baş verib.

Kənd  sakini, 2002-ci il təvəllüdlü Rüstəmli Əfruzə Fərhad qızını evlərində hamamda təmizlik işləri apararkən elektrik cərəyanı vurub.
 
Hüquq-mühafizə orqanları araşdırma aparır.


OXŞAR XƏBƏRLƏR