Azərbaycanda yeniyetmə idmançı vəfat etdi - FOTO
15:09 / 14.06.2021
2275
Ötən gün Yasamal rayonu ərazisində yerləşən süni göldə batan Elşən Novruzovun yeniyetmə badmintonçu olduğu məlum olub.
Sfera.az-ın xəbərinə görə, E.Novruzovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, daha əvvəl Azərbaycan badminton federasiyası yeniyetmə badmintonçu Elşən Novruzov dünyasını dəyişdiyini açıqlamışdı.