Azərbaycanda yenidən qapanma olacaq? - İki həftədən sonra...

Azərbaycanda yenidən qapanma olacaq? - İki həftədən sonra...
"Biz vaksinasiya prosesində davam edən uğurları bir qədər də artırmaqla tədricən mərhələli şəkildə həm toy və yas mərasimləri, həm də ictimai nəqliyyatda açılıma gedə bilərik. Bu məsələdə səbr və təmkinlə, tələskənliyə yol vermədən addımlar atılmalıdır".

Sfera.az xəbər verir ki, bu sözləri Milli Məclisin üzvü Müşfiq Məmmədli bildirib.

O əlavə edib ki, tələskənliyə yol verərək yumşaldılma tədbirlərinin atılması sonradan müəyyən bir sərtləşdirmənin həyata keçirilməsinə gətirib çıxara bilər: "İndiki rəqəmlər, yoluxmanın sayının azalması, bir gün ərzində yoluxmanın sayının artması bizi o qədər də qorxutmamalıdır.
 
Biz diqqətimizi vaksinasiya prosesinə yönəltməliyik. Vaksinasiya könüllü olsa belə, əhali bu prosesdə yaxından iştirak etməlidir. Bu prosesdə iştirak etməklə yumşaldılma tədbirlərinin həyata keçirilməsini sürətləndirəcəyik.

Fikrimcə, iki həftəyə yaxın müddət bizim üçün kritik bir müddətdir. Biz yoluxmaların sayının dinamikasını nəzərə alaraq azalmaların maksimal olduğu, müəyyən artımın olduğu müddətlərə, sonrakı enmələrin hansı dinamikada getdiyinə və vaksinasiyadakı sıxlığa diqqət yetirsək, iki həftədən sonra bu barədə müəyyən fikirlər söyləmək olacaq.

Azərbaycanda insanlar qoruma tədbirlərini anlayışla qarşılayırlar. Vaksinasiya prosesi də kifayət qədər qaneedici sürətlə gedir. Vətəndaşlar həm yaş qrupuna, həm də müəyyən olunmuş vaksinasiya strategiyasına görə müəyyən addımlar atıldıqdan sonra yumşaldılmaların da olması realdır". /BAKU.WS



OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...