Azərbaycanda yeni televiziya yaradılır

Azərbaycanda yeni televiziya yaradılır

AMEA-dan Publika.az-a verilən məlumata görə, Rəyasət Heyətinin iclasında Azərbaycanda ilk elmi internet-televiziya olan Milli Elmlər Akademiyasının “Elm TV” kanalının rəsmi saytının yaradılmasına dair qərar qəbul olunub. 2 ilə yaxındır ki, fəaliyyət göstərən İnternet-televiziya hazırda www.science.gov.az portalında yayımlanır.

 “Elm TV”nin rəhbəri Xatirə Cabbarzadə şəbəkə televiziyasının saytının yaxın aylarda istismara veriləcəyini bildirib. Onun sözlərinə görə, hazırda veb-saytın yaradılması işləri yekunlaşmaq üzrədir.TV rəhbəri AMEA İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən beynəlxalq təcrübəyə əsaslanaraq yaradılan, müxtəlif bölmələri və zəngin video-qalereyanı özündə əks etdirəcək veb-telekanalın elmtv.az domen adı altında fəaliyyət göstərəcəyini bildirib. 

 “Elm” televiziyasının AMEA-nın institut və təşkilatlarının fəaliyyətini tam şəkildə əks etdirən yeganə vizual mənbə olduğunu bildirən X.Cabbarzadə əsas məqsədin elmin populyarlaşdırılması, elmi nailiyyətlərin, həmçinin mövcud problemlərin ictimaiyyətə çatdırılması olduğunu söyləyib. O, saytda dünya elminə böyük töhfələr bəxş etmiş azərbaycanlı alimlərin, xaricdə yaşayan görkəmli elm xadimlərimizin həyat və fəaliyyətini əks etdirən videomaterialların, o cümlədən dünyada baş verən elmi yeniliklər haqqında videosüjetlərin də öz əksini tapacağını qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Fransalı jurnalist Ermənistana buraxılmadı - VİDEO

Fransalı jurnalist Ermənistana buraxılmayıb. O, hava limanında aclıq aksiyası elan edib.   Sfera.az xəbər verir ki, Milli.Az xəbər verir ki, Ermənist...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət...

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...

Tanınmış aparıcının vəkil xanımında yenidən xərçəng aşkarlandı

Yaxın günlərdə aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntüləri yayılmışdı.   Sfera.az xəbər verir ki, aparıc...

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...