Azərbaycanda yeni qurum yaradılacaq – SƏRƏNCAM

Azərbaycanda yeni qurum yaradılacaq – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycanda turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bu fərmanla "Azərbaycan Respublikasının Turizm Şurası haqqında Əsasnamə” və "Azərbaycan Respublikası Turizm Şurasının tərkibi” təsdiq edilir.

Mədəniyyət və Turizm Nazirliyinə ölkənin turizm potensialının daha da artırılmasını və beynəlxalq səviyyədə tanıdılmasını təmin edən "Milli Turizm Təbliğat Bürosu” publik hüquqi şəxsi üç ay müddətində yaratmaq və publik hüquqi şəxsin təsisçisinin "Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulan səlahiyyətlərini həyata keçirmək tapşırılıb.

Müəyyən edilir ki, "Milli Turizm Təbliğat Bürosu” publik hüquqi şəxsin saxlanması və fəaliyyətinin təmin edilməsi xərcləri onun fəaliyyətindən əldə edilən gəlirlər (o cümlədən aldığı kreditlər, qrantlar, habelə işlərin görülməsindən, xidmətlər göstərilməsindən daxilolmalar və s.) hesabına maliyyələşdirilir.

Nazirlər Kabinetinə tapşırılır:

- Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin;

- Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin;

- mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;

- Mədəniyyət və Turizm Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə bu fərmana əsasən yaradılacaq publik hüquqi şəxsin fəaliyyətinin təşkili ilə bağlı müvafiq yerin ayrılmasını və zəruri maddi-texniki təminat məsələlərini həll etsin;

- bu fərmana əsasən yaradılacaq publik hüquqi şəxsin ilkin dövrdə fəaliyyətini təmin etmək üçün nizamnamə fondunun formalaşmasını təmin etsin;

- bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi "Milli Turizm Təbliğat Bürosu” publik hüquqi şəxsin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirəcəklər.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Bütün mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə aidiyyəti dövlət qurumlarına bu fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikasının Turizm Şurasına lazımi kömək göstərilməsini və onun müraciəti əsasında zəruri məlumatların təqdim olunmasını təmin etmələri tapşırılıb.


OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...