Azərbaycanda yeni qızıl sikkələr satışa çıxarıldı - FOTOLAR

Azərbaycanda yeni qızıl sikkələr satışa çıxarıldı - FOTOLAR
"AzerGold” QSC tərəfindən yeni növ qızıl sikkələr satışa çıxarılıb.

QSC-dən Sfera.az-a verilən məlumata görə, belə ki, ötən il Heydər Əliyev Mərkəzi ilə birgə təşkil edilmiş, müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Ordumuzun Vətən müharibəsində əldə etdiyi şanlı qələbəyə həsr olunan "Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsinin nəticələrinə əsasən, daha iki dizaynda - 5, 10, 20 qramlıq çəkilərdə qızıl sikkə kolleksiyaları istehsal edilərək qızılın dünya birjasındakı cari qiymətinə uyğun minimal marja ilə satışa çıxarılıb.

Müsabiqədə birinci yerin qalibi seçilmiş layihə əsasında istehsal edilən "Qarabağ inciləri” kolleksiyasının üzərində Qarabağın qədim memarlıq inciləri, tarixi abidələr təsvir olunub. Müsabiqənin "İzləyici rəğbəti” nominasiyası üzrə qalibinin layihəsi əsasında hazırlanan digər sikkə kolleksiyası isə Azərbaycanın musiqi ocağı, mədəniyyət beşiyi olan qədim Şuşa şəhərinə həsr edilib.

Yeni məhsullar Cəmiyyətin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən ilk Satış və mübadilə mərkəzində və onlayn satış platforması www.azergold.gift vasitəsi ilə alıcılara təqdim edilir. Əlavə olaraq, ilk dəfə mərkəzdə Cəmiyyətin istehsalı olan bütün sikkə və külçələrin qızılın dünya birjasındakı cari qiymətinə uyğun geri alışı - mübadiləsi də təmin edilir.

Xatırladaq ki, "AzerGold” QSC tərəfindən yerli pərakəndə bazarı üçün "Made in Azerbaijan” nişanı ilə Azərbaycan qızılı və gümüşündən hazırlanan sikkələr ilk dəfə 2018-ci ildə istehsal edilmişdir. 3 müxtəlif qızıl və gümüş sikkə kolleksiyalarının üzərində Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü təsvirləri və Qarabağ xalçasının "Çələbi” naxışının əks olunması Azərbaycanın müasirliyinin, tarix və incəsənətinin təbliğinə yönəlib.

OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədovla vida mərasimi BAŞA ÇATDI -YENİLƏNDİ

Əməkdar artıst Cavanşir Məmmədovla vida mərasimi başa çatıb.   Sfera.az xəbər verir ki, mərasim mərhumun yaşadığı evdə baş tutub.   Vida m...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...