No Image
No Image

Azərbaycanda yeni QADAĞA TƏTBİQ OLUNACAQ - İyulun 1-dən...

Azərbaycanda yeni QADAĞA TƏTBİQ OLUNACAQ - İyulun 1-dən...
"Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa 26 noyabr 2020-ci il tarixli dəyişikliyə əsasən, həmin Qanunun 46-cı maddəsində qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların idxalına qadağa nəzərdə tutulub.

Sfera.az bildirir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. 

Bildirilib ki, mövcud qanunvericiliyə əsasən, 2021-ci il yanvarın 1-dən etibarən qalınlığı 15 mikronadək olan polietilen torbaların, iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsi qadağandır.

Dövlət Gömrük Komitəsi bu qəbildən olan məhsulların idxalı ilə məşğul olan sahibkarlara qanunvericiliyin tələblərinə əməl etməyə çağırır. Qanunvericiliyin tələblərini pozan hüquqi və fiziki şəxslər barəsində qanunamüvafiq tədbirlər həyata keçiriləcək.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

“İki gün girovluqda qaldım...” – Razi Nurullayev

"Əzizbəyov heykəlinin yanından dönüb Parlamentə gedirəm. Məktəbin qarşısında yolun qırağında bərkimiş və çox çirkli qar topaları yığılıb. 5-6 qadın Fərhad kim...

Birinci-vitse prezidentin köməkçisindən hərbçilərin maaşları ilə bağlı AÇIQLAMA

"Hərbçilərin maaşları ilə bağlı məsələ birbaşa dövlət rəhbərliyinin nəzarəti altındadır”. Sfera.az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Respublik...

XƏBƏRDARLIQ: Sabah paytaxtın bəzi yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Xocalı soyqırımı faciəsinin 29-cu ildönümü ilə əlaqədar sabah paytaxtın bəzi yollarında nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq. Sfera.az...

Qara görə qiymətləri ceyran belinə qalxan təksilər VİDEO

Qar yağdı, taksi qiymətləri ceyran belinə mindi.   Sfera.az xəbər verir ki, güclü qar səbəbindən paytaxt nəqliyyatında yaranan problem, xüsusilə də ict...

İctimai nəqliyyat 17:00-dan sonra işləməyəcək? - BNA-dan VACİB AÇIQLAMA

Marşrut avtobus sürücülərinin bu gün 17:00-dan sonra ictimai nəqliyyatın işləməyəcəyi ilə bağlı xəbərdarlıq etdiyi barədə söz-söhbət dolaşmaqdadır. Sfer...

2012-ci ildən bəri Bakı belə qar görməyib - 12 saatdır dayanmadan yağır

"Bakının kommunal strukturları gecədən etibarən şəhər üzrə qarın təmizlənməsi işlərinə başlayıb”.   Bu barədə Sfera.az-a Bakı Şəhər İcra Hakimiyyətindən ...