Azərbaycanda yeni ilin DƏHŞƏTLİ yol qırğını: 6 nəfər öldü

Azərbaycanda yeni ilin DƏHŞƏTLİ yol qırğını: 6 nəfər öldü
Azərbaycanın daxili işlər orqanları yanvarın 1-də törədilmiş 15 cinayətin üstünü "isti izlər”lə açıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb.

OXŞAR XƏBƏRLƏR