Azərbaycanda yeni Gənclər Hərəkatı təsis olunur

Azərbaycanda yeni Gənclər Hərəkatı təsis olunur
 Azərbaycan gəncləri bu gün həm ön cəbhədə torpaqlarımızı işğaldan azad  etmək üçün düşmənə qarşı qəhrəmanlıqla döyüşür, həm də Azərbaycanı dünyada tanıtmaq, təbliğ etmək üçün böyük uğurlara imza atırlar. Noyabr ayının 2-də Azərbaycanda yeni Gənclər Hərakatı təsis olunacaq.

"Davam” Ümumrespublika Gənclər  Hərəkatının təşəbbüs qrupunun üzvü Nihad Allahyarlı Bizim.Media-ya bildirib ki, noyabrın 2-də Gənclər Hərəkatı ictimaiyyətə təqdim olunacaq:

"Təşəbbüs qrupunun üzvləri ilə birlikdə Azərbaycan ictimaiyyətinə bir bəyanat ünvanlanacaq. Media nümayəndləri üçün brifinq keçiriləcək. Təşəbbüs qrupunun  8 üzvü var, onlardan biri də mənəm. Brifinqdə daha ətraflı məlumat verəcəyik”

OXŞAR XƏBƏRLƏR