\"Azərbaycanda yeni dövr başlanıb” - Ayaz Mütəllibov

\
"Düşünürəm ki, prezidentin bir sıra əsas dövlət qurumlarını birləşdirməsi qərarı, istefa və hökumətdə yeni kadr təyinatları əlamətdar hadisədir, mühüm əhəmiyyət daşıyır. Bu, bütövlüklə dövlət idarəetmə sisteminin yenilənməsinin başlanğıcını göstərir. Azərbaycanda artıq yeni bir dövr başlanıb”.

Bu sözləri eks-prezident Ayaz Mütəllibov haqqın.az-a dövlət başçısı İlham Əliyevin son sərəncamlarına münasibət bildirərkən deyib.

"Aydındır ki, bundan sonra dövlət sistemində əsaslı dəyişikliklərin daha vacib mərhələsi başlayacaq, bunlar ölkəmizin imicinin yüksəldilməsi üçün çox vacib addımlardır”, - o, əminliklə vurğulayıb.

"Müasir dövrdə dövlətin və demokratiyanın göstəricilərindən biri də müasir dünyagörüşə malik və fəal olan gənclərin, yüksək ixtisaslı kadrların hökumətdə və bütövlükdə idarəetmə sistemində yer tutmalarıdır", - deyə keçmiş prezident əlavə edib.

Bu mərhələdə A. Mütəllibov hesab edir ki, necə deyərlər, "dövlət başçısı arxaya baxmadan, daxili siyasi sabitlik kontekstində islahatları həyata keçirməlidir”.

OXŞAR XƏBƏRLƏR

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı MƏLUMAT

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub". &nb...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...