Azərbaycanda yeni dövlət qurumu yaradıldı

Azərbaycanda yeni dövlət qurumu yaradıldı
 

Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında fərman imzalayıb.

Sfera.az xəbər verir ki, fərmanla Nazirlər Kabinetinə tapşırılıb ki, əmək bazarı və sosial müdafiə sahələrində mövcud vəziyyətin qiymətləndirilməsini, inkişaf meyillərinin öyrənilməsini və monitorinqləri həyata keçirən, bu sahələrdə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlil və proqnozlar hazırlayan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nı (bundan sonra – Observatoriya) iki ay müddətində yaratsın və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Observatoriyanın təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

- Observatoriyanın nizamnaməsinin və nizamnamə fondunun miqdarının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla təsdiq edilməsi;

- strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi;

-  icra orqanlarının yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə:

- bu Fərmanın 2.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, "Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışıb

 Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva COVID-19 xəstəliyindən müalicəsi davam edən Əməkdar artist Bəhram Bağırzadə ilə telef...

SON DƏQİQƏ! Ermənistan silahlı qüvvələri təxribat törədib, itki var - RƏSMİ

 İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəş...

Prezidentin işdən çıxardığı icra başçısının var-dövləti - SİYAHI-FOTO

 Ötən gün  Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun böyük varidatı ilə ...

Məhkəmədən həbs edilən başçı ilə bağlı – Qərar

 Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatətə baxılıb. Sfe...

Keçmiş döyüşçüdən Sürət Hüseynova şok ittihamlar: “Ağdərəni o verib”

 "Əminliklə deyirəm ki, Ağdərə əməliyyatındakı uğursuzluğun səbəbkarı Sürət Hüseynovdur. Nəcməddin Sadıkov briqada komandiri olsa da həmin əməliyyatlarda ə...

"Səhvim oldu, prezident də çıxardı" - Arif Qasımov

 Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov vəzifəsindən azad edilib. ...