Azərbaycanda yaşı 90-dan artıq olan üç xəstə koronavirusdan sağaldı

Azərbaycanda yaşı 90-dan artıq olan üç xəstə koronavirusdan sağaldı
"Koronavirusdan əziyyət çəkən 92, 94 və 95 yaşlı xəstələrimiz olub. Yaşla əlaqəli xəstəlik müxtəlif formalarda keçə bilər. Bəzən elə hallar olur ki, bu, gənclərdə ağır formada, yaşlılarda isə yüngül keçir. Qeyd edim ki, hər üç yaşlı pasiyentimiz sağalıb və evə buraxılıb”.

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov "Stasionar şəraitdə COVID-19” mövzusunda danışarkən deyib.

O qeyd edib ki, 95 yaşlı pasiyent də COVID-19-u nisbətən yüngül keçirib: "Çünki onun yanaşı xəstəlikləri yox idi. Oksigenə təlabatı yaransa da, ağırlaşmadan xəstəlikdən sağaldı. Digər iki xəstədə oksigen tələbatı yüksək oldu və uzun müddət klinikada müalicə aldılar. Əsas odur ki, onlar sağalaraq evlərinə getdilər”.

Həkim vurğulayıb ki, yaşlı insanlar arasında kifayət qədər ölüm halları olub: "Çünki yanaşı xəstəliklər səbəbindən yaşlı insanların orqanizminin müqaviməti zəifləyir. Odur ki, belə insanları xəstəliklərdən qorumaq lazımdır”. // "Report"


OXŞAR XƏBƏRLƏR