Azərbaycanda yaradılacaq vaksinlə bağlı açıqlama

Azərbaycanda yaradılacaq vaksinlə bağlı açıqlama

Ötən həftə TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı Azərbaycanda ilk dəfə vaksin yaradılmasına başlanıldığını açıqlayıb. O qeyd edib ki, uzun illərdən sonra ilk dəfə ölkəmizdə COVID-19 daxil olmaqla, infeksion xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması, diaqnostikası, kimyaterapiyası üçün hüceyrə kulturası tədqiqatlarına start verilib.

Bundan sonra sosial şəbəkələrdə vaksinin nə vaxt hazır olacağı, tərkibi, bu işə hansı mütəxəssislərin cəlb olunacağı, hətta vaksinin adının nə olacağı haqda informasiya maraq doğurub.

Sfera.az xəbər verir ki, "Qafqazinfo” bütün bu suallarla bağlı TƏBİB-ə sorğu ünvanlayıb. Sorğunu Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev cavablayıb.

Direktorun yaradılacaq vaksinlə bağlı açıqlamasını olduğu kimi təqdim edirik:

"Verilmiş informasiyada uzun illərdən sonra ölkəmizdə vaksin yaradılması, COVID-19 daxil olmaqla infeksion xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması, diaqnostikası, kimyaterapiyası üçün hüceyrə kulturasının tədqiqatlarına start verildiyi qeyd olunub. İnformasiyadan göründüyü kimi, Azərbaycanda bu istiqamətdə yuxarıda adları çəkilən tədqiqatlara başlanılması üçün insan vücudundan kənarda COVID-19 viruslarının çoxalmasını təmin edən hüceyrələr daxil olmaqla, müxtəlif hüceyrə xətlərinin insan vücudundan kənarda çoxalmasına imkan saxlayan incə hüceyrə kulturası texnologiyası təşkil edir.

İşin bu başlanğıc mərhələsi olmadan tibbi biotexnologiyanın bu sahəsində heç bir tədqiqatın aparılması mümkün deyildir. Uzun illərdən sonra ölkəmizdə bu sahədə tədqiqatlara start verilməsi ölkəmizdə tibbi biotexnologiya sahəsində tədqiqatlara başlanmasına və strateji baxımdan bu istiqamətdə aparılacaq çalışmalara gələcəyə dair böyük ümidlər verir. Azərbaycanda bu sahəyə start verilməsi tibbi biotexnologiya sahəsində mövcud olan boşluğun ortadan qaldırılmasına və səhiyyə sahəsində ölkəmizin milli təhlükəsizliyinin təmin edilməsinə imkanlar yaradacaq”. 

Adil Allahverdiyev əlavə edib ki, qeyd olunan informasiya hazırda peyvəndlərin yaranması üçün ilkin fəaliyyətə başlanıldığı və peyvənd yaradılmasının gələcəkdə həyata keçiləcək layihə olacağını özündə ehtiva edir.


OXŞAR XƏBƏRLƏR

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...