Cəmİyyət

Azərbaycanda yalnız bu halda karantin yenidən yumşaldılacaq - RƏSMİ

Azərbaycanda yalnız bu halda karantin yenidən yumşaldılacaq - RƏSMİ
 "Karantin rejiminin yumşaldılmasından sonra ölkədə vətəndaşların hərəkəti çoxaldı. Biz həkim olaraq canlanmadan qorxuruq”.

Sfera.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

O qeyd edib ki, insanlar karantin rejiminin yumşaldılmasını gözləyir, amma bunun üçün qaydalara riayət edilməlidir: "Bizə ən çox 65 yaşdan yuxarı şəxslərin nə zaman evdən çıxması, yaşayış yerini tərk etmək üçün icazənin ləğvi və imtahanlarla bağlı suallar verilir. Eyni zamanda, ticarət mərkəzlərinin və digər obyektlərin açılmasını gözləyirlər. Operativ qərargah tərəfindən bu qərarlar hələ verilməyib. Bunlar hazırda qəbul etdiyimiz yumşaldılmaların nəticələrindən asılıdır. İnsanlar qaydalara riayət etməlidir. Elə düşünməsinlər ki, biz vətəndaşların qapalı yaşamasını istəyirik. Onlar bizə kömək etməsə, biz yumşaltmaya gedə bilmərik”.

Y.Qarayeva vurğulayıb ki, xüsusi karantin rejiminin yumşaldılmasına getmədən öncə TƏBİB-in İşçi qrupu tərəfindən yeni qaydalar hazırlanır: "Bu işin üzərində ciddi çalışırıq. Biz görəndə ki, qaydalara riayət edilmir, məyus oluruq”.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031