Azərbaycanda xidmətdə olan general-polkovniklər - SİYAHI

Azərbaycanda xidmətdə olan general-polkovniklər - SİYAHI
Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin sərəncamıyla general-leytenant Kərim Vəliyevə general- polkovnik hərbi rütbəsi verilib.

Sfera.az-ın məlumatına görə, bununla da Azərbaycanda general-polkovnik rütbəsi daşıyanların sayı artıb. Onlardan sadəcə 15-i xidmətini davam etdirir.

Hazırda vəzifədə olan general-polkovniklər:

1. Zakir Həsənov - Müdafiə naziri

2. Kərim Vəliyev - Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini

3. Kərəm Mustafayev - Əlahiddə Ümumqoşun Ordu komandanı

4 Əli Nağıyev - Dövlət Təhlükəsizlik Xidmətinin rəisi

5. Kəmaləddin Heydərov - Fövqəladə hallar naziri

6. Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi

7. Bəylər Eyyubov - Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi

8. Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik), ali xüsusi rütbə

9. Mədət Quliyev- Müdafiə sənayesi naziri

10. Vilayət Eyvazov - Daxili İşlər naziri

11. Məhərrəm Əliyev - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri

12. Səfər Mehdiyev- Dövlət Gömrük Komitəsinin sədri, ali xüsusi rütbə

13. Ramil Usubov – Sabiq daxili işlər naziri,  Prezident yanında Təhlükəsizlik Şurasının katibi

14. Orxan Sultanov - Xarici Kəşfiyyat Xidmətinin rəisi

15. Arzu Rəhimov - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi 

Bir neçə il öncə və daha az müddət əvvəl vəzifədən kənarlaşdırılan general-polkovniklər:

1. Nəcməddin Sadıqov - Müdafiə nazirinin sabiq 1-ci müavini, Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi

2. Vaqif Axundov -  Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi

3. Namiq Abbasov - Azərbaycanın sabiq Milli Təhlükəsizlik naziri

4. Səfər Əbiyev – Sabiq müdafiə naziri

5. Eldar Mahmudov - Sabiq milli təhlükəsizlik naziri

6. Tofiq Ağahüseynov - Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı). Bu ilin mayında 98 yaşında vəfat edib.

7. Aydın Əliyev - Dövlət Gömrük Komitəsinin keçmiş sədri, ali xüsusi rütbə

8. Zakir Qaralov – Sabiq Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik), ali xüsusi rütbə

9. Fazil Məmmədov – Sabiq vergilər naziri, I dərəcəli dövlət vergi xidməti müşaviri (general-polkovnik), ali xüsusi rütbəsi
 
(Qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Yaponiya arasında turizm əlaqələri MÜZAKİRƏ OLUNDU

Azərbaycan və Yaponiya arasında turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları müzakirə olunub.   Sfera.az Dövlət Turizm Agentliyinə...

Nəcibə Mustafayeva: “Beynəlxalq ictimaiyyət Ermənistanı Metsamor AES-i bağlamağa məcbur etməlidir” - VİDEO

“Ermənistanın Metsamor atom elektrik stansiyası (AES) bütün region üçün təhlükə yaradır”.   Sfera.az xəbər verir ki, bunu Heydər Əliyev A...

"Ukrayna ilə danışıqlara başlasaq da, döyüşləri dayandırmayacağıq" - Lavrov

“Ukrayna ilə yeni danışıqlar başlasa da, Rusiya döyüşlərdə fasilə elan etməyəcək”.   Sfera.az “TASS”a istinadən xəbər verir k...

Qazaxın 4 kəndinin Azərbaycana geri qaytarılması barədə razılıq ƏLDƏ EDİLDİ

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin v...

Daxili İşlər Nazirliyində kollegiya iclası KEÇİRİLDİ - FOTO

Daxili İşlər Nazirliyində informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə, cinayət xarakterli müraciətlərə baxılması, cinayət...

Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı APARDI

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı aparıb.   Sfera.az-ın ve...