“Azərbaycanda virusa yoluxanların sayı həndəsi silsilə ilə artır” — VİDEO

“Azərbaycanda virusa yoluxanların sayı həndəsi silsilə ilə artır” — VİDEO
"Bu gün koronavirusa daha 29 nəfərin yoluxduğu müəyyən olunub. İnfeksiya təhlükəsi başlayandan sutka ərzində ən yüksək yoluxma sayıdır”.
 
Sfera.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.   

Onun sözlərinə görə, yekun olaraq Azərbaycanda 104 nəfər koronavirus xəstəsi var: "Bu günə qədər koronavirusa yoluxma sayı ümumilikdə 122 nəfər olub. Onların böyük hissəsi ölkə daxilində qeydə alınan yoluxma hallarıdır. Təəssüf ki, ölkə daxilində yoluxmaların sayı xaricdən idxal olunan vətəndaşların sayını üstələyir”.

İ.Məmmədov mövcud vəziyyətin qarşısını almaq üçün Nazirlər Kabinetinin yenidən iclas keçirdiyini bildirib: "Nazirlər Kabineti yanənda Operativ Qərargahın növbəti iclasının keçirilməsinin üç əsas səbəbi oldu.  

Artıq ümumi xəstələrin sayının rekord həddə çatması, gün ərzində xəstələnənlərin sayının həndəsi silsilə ilə artması və xəstəliyin regionlara yayılması.  

Buna nəzarət etmək nisbətən çətinləşir. İclasda xüsusi karantin rejiminin tətbiq olunduğu 72 saat ərzində nə baş verdiyi müzakirə edilib. Vətəndaşların karantin rejiminə hansı şəkildə riayət etmələri gözdən keçirildi. Baş nazir özü də bununla bağlı vətəndaşlara çağırış etdi ki, hər kəs həmrəy olmalıdır. Təəssüf ki, insanlar karantin qaydalarına əməl etmir”. 


OXŞAR XƏBƏRLƏR

Bu şəhər və rayon üzrə pensiyalar ödənilib

 Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar artıq ödənilib. Sfera.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətl...

"Gələn həftə rayonlara gediş-gəliş və beynəlxalq uçuşlar bərpa oluna bilər" - AÇIQLAMA

  Hazırda 13 şəhər və rayonda sərt karantin rejimi tədbiq edilir. Son həftələr yoluxmaların sayı xeyli aşağı düşüb. Belə ki, avqustun 9-da 87 nəfər korona...

Hökümət yeni idarəetmə modelləri tətbiq etməkdə israrlıdır

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bütün sahələrdə proqressiv iş davam etməkdədir. Son dövrlərdə keçirilən müşavirələ...

Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldı

  Mədəniyyət Nazirliyində vəzifəli şəxslər işdən çıxarılıb. Mədəniyyət Nazirliyinin Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsinin müdiri Abduləlim...

Dövlət başçısı: “Azərbaycanda bütün neft-qaz layihələri uğurla icra edilir”

  Azərbaycanda bütün neft-qaz layihələri uğurla icra edilir. Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev av...

Azərbaycanda son sutkada 278 nəfər COVID-19-dan sağalıb, 79 nəfər yoluxub

  Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 79 yeni yoluxma faktı qeydə alınıb, 278 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb....