Azərbaycanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdiriləcək

Azərbaycanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdiriləcək
Bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi payız sessiyasında ilk iclasını keçirib.

Sfera.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Komitənin sədri Hicran Hüseynova "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik layihəsi ilə bağlı məlumat verib.

"Qanunvericilik aktlarında təqaüdlə müavinətlər birləşdirildiyi və təqaüd artırıldığına görə, həmçinin valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlar tam dövlət təminatına alındığı üçün qanunlara bu dəyişikliklər təklif edilib”, - deyə o əlavə edib.

Komitə üzvləri payız sessiyasının işlər planına ailə məsələləri, qadın və uşaq hüquqları ilə bağlı dinləmələrin salınması, həmçinin ailə dəyərlərinin qorunmasının, qadınların məşğulluğunun təmin olunması, məişət zorakılığının və uşaqlara qarşı zorakılığın qarşısının alınmasının qanunvericilikdə gücləndirilməsi, bu sahədə cəzaların sərtləşdirilməsi ilə bağlı təkliflərini irəli sürüblər.
 

OXŞAR XƏBƏRLƏR

Şüvəlanda yol qəzası - xəsarət alanlar var

  Bakının Xəzər rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, Şüvəlan qəsəb...

Doktoranturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ - BU GÜN SAAT 11:00-DAN...

Bu gün saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır. Sfera.az xəbər verir ki, bu barədə Elm və Təhsi...

Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA

“Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.   Sfera.az bildirir ki, bunu qa...

Qripin ağciyərlərə vurduğu zərərin qarşısını alan dərman hazırlandı

Yeni hazırlanmış dərman qripin yaratdığı iltihabın səbəb olduğu ağciyər zədələnməsinin qarşısını ala bilib.   Sfera.az bildirir ki, qripə səbəb olan qr...

Gürcüstan parlamentində kütləvi dava düşdü

Gürcüstan parlamentində “Xarici agentlər haqqında qanun”un müzakirəsi zamanı səs-küylü insident yaşanıb.    Sfera.az bildirir ki, Gü...

Bakı və Belqrad arasında mühüm telefon danışığı

15 aprel 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı a...