Azərbaycanda uşaqlar arasında yayılan infeksiya haqda AÇIQLAMA

Azərbaycanda uşaqlar arasında yayılan infeksiya haqda AÇIQLAMA
Son günlər sosial şəbəkələrdə uşaqlar arasında qızdırma, qusma, ishal, halsızlıq, boğaz ağrısı kimi əlamətlərlə müşayiət olunan xəstəliyin yayıldığı bildirilir. 

Valideynlər həkim müdaxiləsi olmadan infeksion xəstəliyə qalib gəlməyin mümkün olmadığını qeyd edirlər. Sadalanan əlamətlərlə xəstəxanalara da xeyli müraciətin olduğu deyilir. Uşaqlarda koronavirus infeksiyasının da bu əlamətlərlə ortaya çıxdığını nəzərə alsaq, azyaşlıların da bu halda COVID-19 testi verməli olduqları bildirilir.

Uşaqlar arasında yayılan xəstəliyin mövsümlə əlaqəli infeksiya, yoxsa koronavirus olması valideynlər arasında müəyyən təşvişə səbəb olub. Bunu nəzərə alıb ölkənin Baş pediatrı Erkin Rəhimovla əlaqə saxladıq. Həkimin "Qafqazinfo”ya bildirdiyinə görə, sadalanan əlamətlər varsa, mütləq koronavirus çıxacaq deyə bir şey yoxdur. Valideynlər belə halla rastlaşırlarsa, birinci növbədə həkimə müraciət etsinlər:

"Koronavirus testi ölkədə çox yerdə aparılır, bunun üçün test etmək lazımdır. Əgər PCR testinin nəticəsi müsbət çıxarsa, diaqnoz təsdiqlənir və müalicə ona görə aparılır. Bununla yanaşı, həmin əlamətlər yay aylarında daha çox müşahidə olunan rotavirus və adenavirus kimi infeksiyalarla da bağlı ola bilər. Onların müalicə taktikası bir qədər fərqlənir. Ona görə də əsas məsələ odur ki, bu cür əlamətlər olarsa, valideynlər ilk növbədə həkimə müraciət etsinlər”.

Belə əlamətlərlə xəstəxanaya müraciət edənlərin hansı hissəsinin koronavirus infeksiyasına yoluxmasına gəlincə isə, həkim bildirib ki, bununla bağlı dəqiq statistikası aparılmır:

"Uşaqlarda virus infeksiyaları özünü hər cür biruzə verə bilər. Valideyn özü qərar verməməli və bu işi həkimə buraxmalıdır. Həkim diaqnoz qoyduqdan sonra ona yönəlmiş müalicə aparıla bilər. Təhlükə faiz olaraq çox aşağıdır, amma yenə də təhlükə var. Çünki bəzi xəstəliklər ağırlaşa bilər, xəstəxanaya yatışa ehtiyac ola bilər. Ona görə də həkimə müraciət şərtdir”.

Qeyd edək ki, baş pediatr uşaqlar arasında yayılan virusla əlaqədar valideynlərə çağırış edərək onları maarifli olmağa səsləmişdi. Onun sözlərinə görə, uşağın yuxu rejiminə, vaxtını ekran arxasında keçirməsinə diqqət edilməli, sosial məsafə, əl təmizliyi izah olunmalıdır. Həkim həmçinin bildirmişdi ki, valideynlər uşaqları idmana yönəltsələr yaxşı olar.

OXŞAR XƏBƏRLƏR

Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya ÇAĞIRIŞ ETDİ

Baş Prokurorluq sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media qurumlarına çağırış edib.   Sfera.az-ın ...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. ...

Bu ölkədə kiberhücumların sayı ARTDI

2023-cü ildə İtaliyada kiberhücumların sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi hesabat hazırlayıb. &n...

Diloram Favziyeva: "Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var"

Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var.   Sfera.az xəbər verir ki, bunu Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının B...

ABŞ-də ermənilərə qarşı ETİRAZ AKSİYASI: "Bizə qarşı böhtanı ancaq..."

ABŞ-də türklərlə ermənilər qarşı-qarşıya gəliblər.   Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, paytaxt Vaşinqtonda yaşayan türklər 24 aprel ...

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal: 14 qol vuruldu

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal qeydə alınıb.   Sfera.az xəbər verir ki, yarımfinal mərhələsində 14 qol vurulub.    Belə...