Azərbaycanda universitetin 100-ə yaxın tələbəsi koronavirusa yoluxdu

Azərbaycanda universitetin 100-ə yaxın tələbəsi koronavirusa yoluxdu
"Sentyabrın 29-dan ənənəvi tədris bərpa olunandan bu günə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100-ə yaxın tələbəsi koronavirusa yoluxub. Lakin aralarında ağırlaşma və ölüm halları qeydə alınmayıb".

Sfera.az bildirir ki, bunu "Report"un sorğusuna cavab olaraq ali məktəbin mətbuat katibi Cavid Hüseynov deyib.

Onun sözlərinə görə, indiyə qədər 39 qrup distant təhsilə keçib: "Bir hissəsi artıq karantindən geri qayıdıb. Son 2 gündə daha 6 qrup ənənəvi tədrisə geri qayıdıb".

OXŞAR XƏBƏRLƏR