Azərbaycanda toyların təşkilinə nə vaxt icazə verilir? - RƏSMİ

Azərbaycanda toyların təşkilinə nə vaxt icazə verilir? - RƏSMİ
 

Mayın 18-dən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.

Sfera.az xəbər verir ki, hazırda xüsusi karantin rejimi müddətində ölkə üzrə bir sıra məhdudiyyətlər qüvvədə qalır.

Bunlar arasında tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması da var.

Lakin sosial şəbəkələrdə və yerli KİV-də sentyabr ayından etibarən toy, nişan və ad günü mərasimlərinin təşkilinə icazə veriləcəyi barədə məlumatlar yer alıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Qazet.az-a açıqlamasında bildirir ki, toy, nişan və ad günü mərasimlərinin təşkilinə icazə verilməsi ilə bağlı dəqiq tarix hələ ki, bilinmir.

"Bu barədə heç bir qərar yoxdur. Bunu heç kim bilmir”, – deyə İbrahim Məmmədov vurğulayıb. (qazet.az)


OXŞAR XƏBƏRLƏR

Bakıda taxta bazarı YANIR - YENİLƏNDİ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğın...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...