Azərbaycanda toylara bu tarixdən icazə verilə bilər – VİDEO

Azərbaycanda toylara bu tarixdən icazə verilə bilər – VİDEO
Ölkədə koronavirusun növbəti dalğası olmasa, aprel-may aylarında çox az sayda insanın iştirakı ilə toylara icazə verilə bilər.

Sfera.az xəbər verir ki, bunu ARB24-ün "İş vaxtı” verilişinə müsahibəsində millət vəkili Naqif Həmzəyev deyib. O bildirib ki, Novruz bayramında vətəndaşlar karantin davranış qaydalarına əməl etməli və yalnız zəruri olarsa, yaxın qohumlarını ziyarət etməlidir:

"Gəncədə və Bakıda tibbi maskadan istifadə edilsə də, təəssüflər olsun ki, rayonlarda bu qaydalara əməl etmirlər. Bununla bağlı ictimai nəzarət də zəifdir. Həmçinin rayonlarda COVİD-19 peyvəndinə də ikili yanaşmalar var. Lakin özüm də vaksin vurdurmuşam və heç bir problem olmadı. Hesab edirəm ki, hər kəs peyvənd vurdursa, bizdə də ABŞ-dakı kimi maska taxılmaya bilər”.

Millət vəkili onu da bildirib ki, yoluxma sayında artım olarsa, qapanmalara müəyyən dərəcədə gedilə bilər:

"Koronaya yoluxma artarsa, Bakı, Abşeron və Sumqayıtda SMS icazə sistemi tətbiq edilə bilər. Ancaq biz çalışmalıyıq müəyyən məhdudiyyətlər olsa da, tam qapanmaya getməyək. Ümumilikdə isə düşünürəm ki, Novruz bayramında qapanma olmayacaq. Olsa da, bu dəfə restoran-kafe bağlanmamalıdır. Bundan başqa paytaxt sakinləri metronun açılmasını istəyir. Növbəti dalğa baş verməsə, biz yumşaldılmaların daha da artmasını görəcəyik və bu yumşaldılmalar çərçivəsində metro da açılsa, insanları sevindirə bilərik”.
 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...