Azərbaycanda tibb işçiləri arasında koronavirusa yoluxma mövcuddur - RƏSMİ

Azərbaycanda tibb işçiləri arasında koronavirusa yoluxma mövcuddur - RƏSMİ
 "Tibb işçiləri arasında koronavirusa yoluxma halları mövcuddur. Pandemiya xəstəxanasında bir yoluxma halı var”.

Sfera.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, bu hallar pandemiya ilə məşğul olmayan xəstəxanalarda baş verib:

"Asimtomatik pasiyentlər digər patologiyalarla müraciət edir. Tibb müəssisəsində çalışan, xüsusilə orta tibbi personal işinə düzgün yanaşmadıqda belə hallar baş verir. Tibb işçilərinin özlərini qoruması üçün təlimatlar hazılamışıq”.

Sədr qeyd edib ki, tibb işçilərini risklər gözləyir:

"Tibb işçiləri arasında yoluxma hallarının sayı digər ölkələrlə müqayisədə çox deyil. Pandemiya xəstəxanaları lazımi vasitələrlə təchiz olunub. Başqa xəstəxanalarda olan çatışmazlıqlar da aradan qaldırılır”.

OXŞAR XƏBƏRLƏR

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Bakıda taxta bazarı YANIR

Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. ...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...