Azərbaycanda tanınmış şəxs vəfat etdi - FOTO
13:07 / 22.09.2021
985
Azərbaycan Taekvondo Federasiyasının (ATF) ilk prezidenti Süleyman Məmmədli vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə Ölkə.az-a onun tələbəsi olmuş Orxan İsmayılov danışıb.
Onun sözlərinə görə, S.Məmmədlinin son vaxtlar səhhətində problem yaranmışdı.
O, 73 yaşında dünyasını dəyişib.
S.Məmmədli federasiyaya 2002-ci ilədək rəhbərlik edib.
Qeyd edək ki, o, döyüş sənətləri və onların fəlsəfəsi üzrə professor, doktor, beynəlxalq dərəcəli təlimatçı və hakim, eləcə də Turan Do döyüş sənətinin banisi olub.
Süleyman Məmmədli həmçinin "Qorxma, mən səninləyəm” filmində də rol alıb.