Azərbaycanda tanınmış müğənni vəfat etdi -SON DƏQİQƏ + FOTO

Azərbaycanda tanınmış müğənni vəfat etdi -SON DƏQİQƏ +  FOTO
 

"Bakının qızları" mahnısının ifaçısı vəfat etdi

60- cı illərin məşhur estrada müğənnisi Cavanşir Əliyev 75 yaşında dünyasını dəyişib.

Sfera.az  xəbər verir ki, bu barədə Kulis.az -a sənətkarın yaxınları məlumat verib. 60-80 cı illər estrada janrının mahir ifaçısı, dövrünün bir çox müsabiqələrinin, festivallarının laureatı, qalibi, qastrolyor Cavanşir Əliyev 60-70-ci illərdə Tofiq Əhmədovun rəhbərlik etdiyi tele-radionun estrada orkestrinin, Rusiyada məhşur musiqiçi Anatoli Krollun orkestrinin solisti olub.

 
 

Yaddaşlarda Oqtay Kazıminin "Bakının qızları" mahnısı ilə qalmış Cavanşir Əliyev səhnədə çox az müddətdə parlayıb.


OXŞAR XƏBƏRLƏR