Azərbaycanda sulfat turşusu istehsal ediləcək - VİDEO

Azərbaycanda sulfat turşusu istehsal ediləcək - VİDEO
Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir. Bunun bariz nümunəsi kimi Sumqayıt Kimya Sənaye Parkında Prezident İlham Əliyevin təməlini qoyduğu sulfat turşusu istehsalı zavodunu nümunə göstərmək olar. 

Sfera.az bildirir ki, "Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı layihəsi çərçivəsində tikiləcək zavodun investisiya dəyəri 6 milyon ABŞ dollarıdır. Zavodda ildə 20 min ton məhsul istehsalı nəzərdə tutulur. 

Zavod ümumilikdə 1.5 hektar ərazini əhatə edəcək. Burada istehsal olunan sulfat turşusundan təbii mineral gübrələrin istehsalında, eyni zamanda neft və metallurgiya sənayesində istifadə olunacaq. Məhsullar "Made in Azerbaijan” brendi ilə həm daxili, həm də xarici bazara tədarük olunacaq.

 "Azərsulfat” MMC-nin direktoru Emin Quliyev bildirib ki, bu layihə üçün investisiya həcmi 10 milyon manat planlaşdırılıb: "İllik 20 min ton istehsal gücünə malik zavodun tikintisinə start verilib. Bizim məqsədimiz Azərbaycanda yerli bazarı tam nəzarətdə saxlamaqdır. Növbəti mərhələdə turşunun Gürcüstana və Rusiyaya ixracı planlaşdırılır”. 

Qeyd edək ki, Azərbaycanın ilk, Cənubi Qafqazın ən böyük sənaye parkı – Sumqayıt Kimya Sənaye Parkında artıq qeydiyyata alınmış 24 rezidentdən 15-i istehsal fəaliyyətinə başlayıb. Beləliklə, Sumqayıt Kimya Sənaye Parkında təməli qoyulan və açılışı edilən müəssisələrin timsalında əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin sənayeləşmə siyasətinə uyğun olaraq, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər davam etdirilir.
 

OXŞAR XƏBƏRLƏR

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt inn...

"Barça" doğma meydana qayıdır, amma... - QƏRAR

"Barselona" "Kamp Nou"ya qayıdır.   Sfera.az bildirir ki, artıq İspaniya klubunun Direktorlar şurası bu barədə qərar qəbul edib....

Almaniya millisi baş məşqçi ilə MÜQAVİLƏNİ TƏZƏLƏDİ: "2027-ci ilədək..."

Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann ilə müqavilənin müddəti uzadılıb.   Sfera.az bildirir ki, bu barədə Almaniya Futbol Assosiasiyasın...