Azərbaycanda soyuq hava nə qədər davam edəcək? - AÇIQLAMA

Azərbaycanda soyuq hava nə qədər davam edəcək? - AÇIQLAMA
 

"Qeyri-sabit keçən hava şəraiti iqlim dəyişikliyi ilə bağlıdır".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov deyib. O qeyd edib ki, hazırda müşahidə olunan qeyri-sabit hava şəraitinin səbəbi təbiətdə gedən iqlim dəyişikliyidir:

"Bəzən buna qlobal istiləşmə deyilsə də, bu yanlış termindir. İqlim dəyişikliyi nisbətən isti olan bölkələrdə yağışların artmasına, soyuq ərazilərdə isə havaların isti və mülayim keçməsinə səbəb olur. Diqqət etsək görərik ki, hazırda Bakıda və Abşeron yarımadasında hava mülayim, Mərkəzi Aran rayonlarında isə soyuq və tutqundur”.  

Telman Zeynalov bildirib ki, iqlim dəyişikliyi bəzi yerlərdə quraqlığın yaranmasına səbəb ola bilər:

"Düzdür, Azərbaycanı quraqlıq gözləməsə də, Rusiyanın bəzi bölgələrində iqlim dəyişikliyi ilə əlaqədar quraqlıq yaşana bilər. Yuxarıda da dediyim kimi, isti olan yerlərdə havaların soyuq, nisbətən soyuq olan yerlərdə havaların isti keçməsi, təbiətdəki balansı poza bilər”.

Ekoloq bildirib ki, iqlim dəyişikliyi Günəş və Yer kürəsindən asılı olan bir haldır.


OXŞAR XƏBƏRLƏR

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...