Azərbaycanda sosial sahədə həyata keçirilən tədbirlər əhalinin rifahının yüksəldilməsinə xidmət edir

Azərbaycanda sosial sahədə həyata keçirilən tədbirlər əhalinin rifahının yüksəldilməsinə xidmət edir
 Milli Məclisin deputatı Könül Nurullayevanın "Xalqın müdrik lideri” məqaləsində Prezident İlham Əliyevin timsalında xalqın həyatında böyük rol oynayan liderdən söhbət açılır. Deputat bu missiyanın çox çətin və taleyüklü məsələ olduğunu diqqətə çatdıraraq xalqın səsinə səs verən dövlətimizin başçısının gördüyü işlərin, apardığı islahatların xalq tərəfindən dəstəkləndiyini vurğulayır.

Sfera.az xəbər verir ki, məqalədə qeyd edilir ki, xalqın həkimi, yazıçısı, bəstəkarı, hətta qəhrəmanı olmaq belə mümkündür, amma xalqın lideri olmaq o qədər də asan deyil. Tarixin taleyüklü və mürəkkəb mərhələsində xalqların həyatında, taleyində lider amili həmişə həlledici rol oynayıb. Məhz liderlərin siyasi iradəsi və fenomenal idarəetmə bacarığı sayəsində ən ağır böhran vəziyyətlərindən qurtuluş mümkün olub. Elə məhz buna görə də Azərbaycan xalqı Prezident İlham Əliyev kimi liderinin olduğuna görə xoşbəxtdir. İnanırıq ki, Azərbaycan xalqı və dövləti öz müdrik lideri ilə daha yüksək zirvələr fəth edəcək.

Bildirilir ki, ümummilli lider Heydər Əliyev kursunun davamçısı olan Prezident İlham Əliyev uzaqgörən siyasəti, dəmir məntiqi və iradəsi, milli təəssübkeşliyi ilə Azərbaycan xalqının sonsuz məhəbbətini qazanıb. Xalqının sonsuz sevgisini qazanan liderlər isə həmişəlik tarixin yaddaşında qalırlar. Məhz İlham Əliyev kimi rəhbərin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyada nüfuzu artmaqda davam edir. Regionda logistik mərkəzə çevrilən ölkəmiz Davos İqtisadi Forumu, BMT kimi mötəbər təşkilatlarda uğurla təmsil olunur. Dövlətimizin başçısının müxtəlif platformalarda cəsarətli çıxışları beynəlxalq ictimaiyyət və xalq arasında rəğbətlə qarşılanır. Azərbaycan Prezidenti istənilən fors-major vəziyyətdə hadisə və proseslərə prinsipial mövqedən yanaşaraq, vəziyyətdən çıxış yolu tapır və preventiv, ardıcıl və sistemli qərarlar qəbul edir. Biz bunu hazırda yaşadığımız koronavirus pandemiyası ilə mübarizədə bir daha gördük.

"Prezident İlham Əliyev güclü lider olduğunu amansız xəstəliklə mübarizə dövründə bir daha ortaya qoydu. Azərbaycan daim müstəqil, prinsipial və milli maraqlarına uyğun siyasət yürüdür və biz bunun dünyanı öz əsarətinə alan COVID-19 pandemiyası ilə qlobal mübarizə şəraitində açıq-aydın şahidi olduq. Prezident İlham Əliyevin koronavirus pandemiyasına qarşı yürütdüyü mübarizə strategiyası sayəsində Azərbaycan bu ümumi bəlanın doğurduğu itkiləri minimuma endirməyə müvəffəq olaraq birincilərdən olmağı bacardı. Nəticədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirusla mübarizə sahəsində Azərbaycanda görülmüş işlərə yüksək qiymət verildi və baş direktor Tedros Adhanom Qebreyesus COVID-19 pandemiyasının təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycanın təcrübəsini başqa ölkələrə nümunə göstərdi. Bu da məlum məsələ üzrə bir Azərbaycan modelinin var olduğunu sübuta yetirdi”, - deyə deputat vurğulayıb.

Ölkəmizdə sosial sahədə atılan addımlardan bəhs edən Könül Nurullayeva qeyd edir ki, sosial siyasətlərlə bağlı dövlətin həyata keçirdiyi proqramlar əhalinin əsas sosial qruplarının marağını ifadə edir, cəmiyyətdəki münasibətlərin tənzimlənməsində özünü göstərir. Bu tədbirlər əhalinin rifahının yüksəldilməsinə xidmət edir. Prezident İlham Əliyev hər zaman olduğu kimi, dünyanın bəlasına çevrilən koronavirus pandemiyası dövründə də insanların həyat şəraitinin təmin edilməsi və onların güzəranının yaxşılaşdırılmasını təmin etmək üçün müvafiq addımlar atır, qərarlar qəbul edir. Azərbaycan Prezidentinin tapşırıqları əsasında, koronavirus pandemiyasının vətəndaşlara təsirlərinin minimuma endirilməsi ilə bağlı tədbirlər ardıcıllıqla davam etdirilir. Bununla da Azərbaycan dövləti hər zaman vətəndaşın yanında olduğunu bir daha sübut etdi. Eyni zamanda, dövlətimizin başçısı milli təəssübkeşliyi, əzmi, iradəsi ilə xalqa yaxın olduğunu, onun problemləri ilə maraqlandığını əyani şəkildə nümayiş etdirdi.

Könül Nurullayeva məqaləsinin sonunda bütöv və müstəqil Azərbaycan naminə bir olmağı, liderin ətrafında sıx birləşməyin vacibliyini vurğulayır. Diqqətə çatdırır ki, son dövrdə göstərilən siyasi təşəbbüslər, siyasi partiya liderləri ilə keçirilən görüşlər, onlarla aparılan müzakirələr, fikir mübadilələri də olduqca təqdirəlayiqdir və alqışlanmalıdır. Bu, bir yenilikdir. Bu həm də siyasi sistemin tam yeni və operativ, innovativ metodlarla idarə edilməsinin göstəricisidir. Biz, hamımız baxışlarından, vəzifəsindən asılı olmayaraq bütöv və müstəqil Azərbaycan və onun müstəqilliyi üçün varıq, Vətən də onu sevən dəyərli övladları ilə vardır.

OXŞAR XƏBƏRLƏR

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...