Azərbaycanda son günlər koronavirus yalnız BU YOLLA YAYILIR
13:55 / 23.04.2020
3449
Azərbaycanda son günlər ərzində yalnız xəstələrlə təmasda olan insanlar arasında koronavirusa yoluxma halı aşkarlanır.
Sfera.az-ın Trend-ə istinadın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, son günlər ərzində ölkədə koronavirusa yoluxma halları azalır.
A.Əliyeva mayın 4-dək xüsusi karantin rejiminin olduğunu xatırladaraq qaydalara əməl edilməsini olduqca vacib sayıb:
"Əsas məsələ odur ki, insanlar tibbi maskalardan istifadə etsinlər. İnsanlarla çox təmasda olmamağa çalışsınlar".