Azərbaycanda son 6 ayda 322 nəfər intihar edib

Azərbaycanda son 6 ayda 322 nəfər intihar edib
2021-ci ilin I yarımili ərzində ölkə ərazisində baş vermiş intihar hadisələri nəticəsində 322 nəfər şəxs həyatını itirib.

Sfera.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluğun intihar hadisələri ilə bağlı müraciətində qeyd olunub. 

Bildirilir ki, müasir dövrdə cəmiyyətin sağlam gələcəyini təhdid edən sosial problemlərdən biri də intihardır. Müxtəlif psixoloji (və ya sosial) problemlərin nəticəsi olaraq hər il minlərlə insan öz istəyi ilə həyatına son qoyur. 

Qeyd olunur ki, təkcə 2021-ci ilin I yarımili ərzində ölkə ərazisində baş vermiş intihar hadisələri nəticəsində 322 nəfər şəxs həyatını itirib.

Bu faciəvi sonluqdan qaçmaq üçün psixoloji dəstəyə ehtiyacı olan insanları görməzdən gəlməməli, onlara laqeyd yanaşmamalıyıq.


OXŞAR XƏBƏRLƏR