Azərbaycanda şirkət rəhbəri yol qəzasında öldü - VİDEO
11:20 / 28.07.2020
1987
Abşeron rayonunun Qobustan kəndi ərazisində "Nissan” markalı minik avtomobili yol kənarına aşıb.
Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Onlar sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
APA-nın məlumatına görə, həmin şəxs Zaqatala rayon sakini, 1969-cu il təvəllüdlü Zəkəriyyə Zaxar oğlu Poladovdur. Zəkəriyyə Poladov "Azenko” MMC-nin direktorudur.
Faktla bağlı araşdırma aparılır.