Azərbaycanda siqaretlər yenidən bahalaşacaq - Ekspert qiymət artımının vaxtını açıqladı

Azərbaycanda siqaretlər yenidən bahalaşacaq - Ekspert qiymət artımının vaxtını açıqladı
2021-ci ilin yanvar və fevral ayları ərzində Vergi Məcəlləsinə edilən dəyişikliklərin tətbiqi məqsədilə Baş nazir 2 qərar qəbul edib. Həmin qərarlara əsasən 2021-ci ilin mayın 5-dən etibarən ölkəmizə idxal edilən tütün məmulatları üzrə aksiz vergiləri artırılacaq, qızıl-zinət əşyalarının istehsalında istifadə edilən xammal və avadanlıqlar üzrə vergilər azaldılacaq.
 
Bəs, Nazirlər Kabinetinin sözügedən qərarları bazarda qiymətlərə necə təsir edəcək?
 
Sfera.az saytına danışan iqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, tütün məmulatlarının idxalına tətbiq edilən vergilərin artırılması siqaretdə növbəti bahalaşmaya səbəb olacaq. Əvvəlki təcrübəyə əsaslanan ekspert güman edir ki, bu dəfə də qiymətlər Nazirlər Kabinetinin qərarı qüvvəyə minmədən öncə yüksələcək: "Yeni dəyişikliyə əsasən vergilərin artırılması ilə əlaqədar tütün məmulatlarının bahalaşmasını may ayından müşahidə etməliyik. Amma qərar məlum olduğundan bazarda siqaretlərin daha tez bahalaşmasının şahidi olacağıq. Son illər siqaretin vergi dərəcələrinin yüksəldilməsindən sonra davamlı bahalaşma müşahidə edilir. Qiymət artımları kifayət qədər böyükdür və sadəcə sosial məsələ olmadığına görə insanların etirazına səbəb olmur”.

N.Cəfərlinin qənaətincə, siqaretin davamlı bahalaşması bəzi təhlükəli nəticələr doğura bilər: "Dünyanın əksər ölkələrində vergi dərəcələrinin yüksəldilməsi ilə tütün məmulatlarının bahalaşdırılması siyasəti yürüdülür. Amma Azərbaycanda siqaretlər bahalaşdıqdan sonra 2 məsələ ortaya çıxacaq.
 
Birincisi, ölkəmizə qaçaqmalçılıq yolu ilə daha çox siqaretin gətirilməsi müşahidə ediləcək. Qiymət artırılan zaman qonşu ölkələrdəki qiymətlərə diqqət yetirmək lazımdır. Türkiyədə olan qiymətlərlə müqayisədə Azərbaycanda siqaret ucuzdur. Amma Gürcüstan, İran və Rusiyadan baha olarsa, qaçaqmalçılığın genişlənməsinə səbəb olacaq.
 
İkinci təhlükə sağlamlığın pozulması ilə bağlıdır. Hökumət rəsmiləri bahalaşmanı sağlam həyatın təşviqi kimi təqdim edir. Amma siqareti tərgidə bilməyən insanlar bahalaşma olduqca daha ucuz və keyfiyyətsiz tütün məmulatlarına yönəlirlər. Bu da sağlamlığa daha böyük ziyan vurur. Hökumət bu məsələdə qızıl ortanı tapmalıdır”.
 
Qızıl və digər qiymətli əşyaların idxalına güzəştlərin verilməsini saytımıza şərh edən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Ruslan Atakişiyev hesab edir ki, bu sahədə fiskal rejimin yüngülləşdirilməsində məqsəd qızıl-zinət əşyalarının istehsalının stimullaşdırılmasıdır. Bu təklifin Azərbaycan Zərgərlər Assosiasiyası tərəfindən verildiyini söyləyən ekspert qeyd etdi ki, hazırda idxal edilən məhsula görə 40-45 faiz vergi və rüsum ödənilir. Onun fikrincə, istehsalçıların müraciətlərinin bir hissəsi nəzərə alınıb və bu, yerli qızıl-zinət əşyalarının istehsal mühitinin yaxşılaşdırılmasına xidmət edərək istehsalı artıracaq.
 
R.Atakişiyev yerli istehsalın artmasının qızıl-zinət əşyalarının ucuzlaşmasına səbəb olacağını istisna etmədi: "Yerli istehsalın genişlənməsi qızıl-zinət əşyalarını ucuzlaşdıra bilər. Amma qiymətlər daha çox rəqabətdən asılı olacaq. İstehsalçıların sayı artarsa, bazara daha çox məhsul çıxarılarsa, ucuzlaşma olacaq. Əgər istehsalçıların sayında ciddi artım olmasa, məhsulun miqdarı çox olmasa, ucuzlaşma baş verməyəcək.
 
Hazırda qızıl-zinət əşyalarının istehsalı sahəsində gəlir marjası çox aşağıdır. Bu marja ilə normal gəlir əldə etmək çox çətindir. Güzəştlərin edilməsindən sonra marja artacaq və istehsal etmək, onu genişləndirmək iqtisadi baxımdan səmərəli olacaq. Qiymətlərin düşməsi artıq tələb təklif nisbətindən asılıdırı. Daha çox məhsul istehsalı qiymətləri aşağı salacaq. Çünki bu halda istehsalçı müştəri cəlb etmək üçün hökmən qiymətləri endirməlidir. İstehsalçı məhsulunu rahat satarsa, kifayət qədər alıcı varsa, o halda ucuzlaşma olmayacaq”.  
 
Vasif
 
  
 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...