Azərbaycanda silahlı müqavimət göstərən dini ekstremist məhv edildi - YENİLƏNİB

Azərbaycanda silahlı müqavimət göstərən dini ekstremist məhv edildi - YENİLƏNİB

Azərbaycanda Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatı nəticəsində dini ekstremist məhv edilib.

Sfera.az bildirir ki, bu barədə Trend-ə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən məlumat verilib.

Xüsusi əməliyyat zamanı Ocaqov Ceyhun İslam oğlu silahlı müqavimət göstərib və məhv edilib.

Hüquq-mühafizə orqanlarındakı mənbə Trend-ə bildirib ki, əməliyyat Bakının Yasamal rayonu, Şərifzadə küçəsində, "Kaktus" restoranının yaxınlığında aparılıb.

Dəfələrlə təslim olması təklif edilsə də, C.Ocaqov silahlı müqavimət göstərərək "Makarov" markalı tapançadan atəş açıb. Cavab atəşi zamanı ekstremist məhv edilib.

---------------

26.01.2017

22:22

Azərbaycanda Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatı nəticəsində dini ekstremist silahlı müqavimət göstərərkən məhv edilib.

OXŞAR XƏBƏRLƏR