Azərbaycanda sərxoş sürücü bir ailənin dörd üzvünü maşınla vurdu

Azərbaycanda sərxoş sürücü bir ailənin dörd üzvünü maşınla vurdu

Sabirabadda bir ailənin dörd üzvünü avtomobil vurub.

Qafqazinfo xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndində baş verib.

Belə ki, Suqovuşan kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Tərviz Məhərrəm oğlu sərxoş vəziyyətdə idarə etdiyi "VAZ 2106” markalı avtomobillə yol kənarı ilə gedən bir ailənin dörd üzvünü vurub.

Qəza nəticəsində Suqovuşan kənd sakinləri, 1991-ci il təvəllüdlü Ələkbərov Kənan Əli oğlu, onun həyat yoldaşı 1992-ci il təvəllüdlü Ələkbərova Aygül Bəxtiyar qızı, övladları - 2013-cü il təvəllüdlü Ələkbərli Zeynal Kənan oğlu və 2012-ci il təvəllüdlü Ələkbərli Əli Kənan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, K.Ələkbərovun vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR