Azərbaycanda sərnişinlərin daha çox istifadə etdiyi nəqliyyat vasitəsi hansıdır?

Azərbaycanda sərnişinlərin daha çox istifadə etdiyi nəqliyyat vasitəsi hansıdır?
2019-cu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 69,4 milyon ton yük daşınıb və 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,1 faiz artım müşahidə olunub.

Trend-in məlumatına görə, yüklərin 3,1 faizi dəniz, 6,7 faizi dəmir yolu, 0,1 faizi hava, 61,2 faizi avtomobil nəqliyyatı, 28,9 faizi isə boru kəməri ilə daşınıb.

2019-cu ilin yanvar-aprel aylarında nəqliyyatçılar 628,8 milyon nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,5 faizi avtomobil nəqliyyatı, 12,3 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 42,5 milyon ton yük, 550,0 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,4 faiz və 1,7 faiz artım qeydə alınıb.

Sərnişinlərin 96,1 faizi avtobus, 3,9 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,4 faiz, sərnişin dövriyyəsi isə 1,8 faiz artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 0,9 faiz azalaraq 77,1 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 663,2 min və ya 2,2 faiz çox sərnişin daşınıb, daşımaların 99,8 faizi dövlət, 0,2 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Dəmir yolu nəqliyyatı ilə 2019-cu ilin yanvar-aprel ayıları ərzində 1,0 milyon sərnişin daşınıb. 2018-ci ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 19,9 faiz artım müşahidə olunub.

OXŞAR XƏBƏRLƏR

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...

Azərbaycan neftinin qiyməti 89 dollara ÇATDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,31 ABŞ dolları, yaxud 0,4 % artaraq 88,82&nbs...

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...