“Azərbaycanda səhiyyə sistemi insanları 90 yaşa çatdıra bilmir” - Tibb elmləri doktoru

“Azərbaycanda səhiyyə sistemi insanları 90 yaşa çatdıra bilmir” - Tibb elmləri doktoru
"Azərbaycanda səhiyyə sistemi  insanları 90 və 90-dan çox yaşa çatdıra bilmir”.

Sfera.az-ın məlumatına görə, bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev deyib.
 
O bildirib ki, Azərbaycanda hələ də 60-70 yaşlı işemik beyin insultu keçirən insanların böyük əksəriyyəti ölür:

"Onlara lazımi müdaxilə edilib həyatda saxlanılmır. Digər əksəriyyəti isə ciddi əlilliklə həyatlarına davam edirlər. Onlara da səhiyyə sistemi lazımi xidmət göstərməlidir.  Bunlar yetərlidir ki, inkişaf potensialını görək”.

N.Abdullayev son günlər səhiyyə sahəsindəki islahatlar və onun inkişafından da söz açıb:

"Xalqın səhiyyəyə inamını qaytarmaq onlara mərkəzləşmiş xidmətlərin beynəlxalq standartlar çərçivəsində təşkilindən başlayır. O xidmətlərin siyahısının başında insult mərkəzlərinin fəaliyyəti gəlir”.

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR