Azərbaycanda sayt rəhbəri və əməkdaşı həbs edildi

Azərbaycanda sayt rəhbəri və əməkdaşı həbs edildi
"Cia.az” informasiya portalının rəhbərinin ayrı-ayrı vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb etməsi barədə daxil olan məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

İlkin araşdırmalarla "Cia.az” informasiya portalının rəhbəri Novruzov Asəf Baxşəli oğlunun həmin saytın əməkdaşı Səfərov Məhsud Səfər oğlu ilə əlbir olaraq ayrı-ayrı dövlət qurumları, müəssisə və təşkilatların rəhbər vəzifəli şəxsləri barəsində həqiqəti əks etdirməyən, rüsvayedici, işgüzar imicə xələl gətirə biləcək məlumatları dərc edəcəkləri ilə hədələyərək onlardan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaitini hədə-qorxu ilə tələb edərək almalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Asəf Novruzov və Məhsud Səfərov həmin Məcəllənin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

İş üzrə həmin şəxslərin xidməti istifadələrində olan sahələrdə və üzərlərində axtarış aparılan zaman müxtəlif məbləğdə pul vəsaitinə dair qeydlər olan dəftərçələr və digər sübut əhəmiyyətli sənədlər aşkar olunaraq götürülüb.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

"Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən şəxslərə Baş Prokurorluğun 961 nömrəli "Çağrı Mərkəzi”nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161-Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini tövsiyə edir.

Baş Prokurorluq tərəfindən bu barədə kütləvi informasiya vasitələrinə xəbərdarlıq edilərək, sui-istifadə hallarının qanunvericiliyin tələblərinə əsasən cinayət məsuliyyətinə səbəb olduğu bildirilmiş olsa da, təəssüf ki, bu növ neqativ hallara hələ də təsadüf edilməkdədir", - Mətbuat Xidmətindən bildirilib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Sosial şəbəkələrdə aktiv olan məmurlar - SİYAHI

Artıq bir çox problemlər sosial şəbəkələrdə həll olunur. İctimai qınaq, ictimailəşdirilən mövzular bəzi məmurları aktiv sosial şəbəkə istifadəçisi halına gətiri...

Təhvil verilən erməni hərbçilərin - ADLARI

Xəbər verdiyimiz kimi, Azərbaycan bu gün 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib. Sfera.az "Sputnik Ermənistan”a istinadə...

Əziz Səncər Şuşada - FOTOLAR

Dünya şöhrətli alim, Kimya üzrə Nobel mükafatı laureatı, DNT sahəsində mühüm kəşfləri ilə tanınan, ABŞ Milli Elmlər Akademiyasının üzvü Əziz Sancar Şuşaya gedib...

Şəhidlərin ailələrinə bu ödənişlər veriləcək - Nazir açıqladı

Noyabrın 30-da helikopter qəzasında həlak olan hərbçilərin ailələri sosial dəstək tədbirləri ilə əhatə olunacaq. Sfera.az xəbər verir ki, bunu əmək və əha...

Helikopter qəzasında həlak olan hərbçilərə ŞƏHİD statusu verildi

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərimizə şəhid statusu verilib. Sfera.az xəbər v...

Baş nazir: "Koronavirusla mübarizəyə 1,6 milyard pul xərclənib"

Azərbaycanda indiyədək COVID-19 infeksiyası ilə mübarizə çərçivəsində səhiyyə sisteminə 1,6 mlrd. manatdan çox vəsait yönəldilib. Sfera.az xəbər verir ki,...