No Image
No Image

Azərbaycanda saxta sürücülük vəsiqələri satılır - VİDEO

Azərbaycanda saxta sürücülük vəsiqələri satılır - VİDEO
Azərbaycanda saxta sürücülük vəsiqələri satılır.

Bu barədə elan sosial şəbəkələrdə yayılıb. Rusiyaya məxsus sürücülük vəsiqəsi hazırlayan şəxs onu ''Tiktok'' sosial şəbəkəsində "Qarabazar.az" adlı səhifədə satışa çıxarır.

Hazırlanan vəsiqə o qədər peşəkarlıqla düzəldilir ki, orijinalından elədə fərqlənmir. Lakin vəsiqə ilə bağlı hər hansısa bir məlumat Rusiya Federasiyasının bazasında mövcud deyil. Sürücülük vəsiqəsini hazırlayan şəxs özü də etiraf edir ki, həmin sənəd saxtadır və Rusiyada istifadə etmək olmaz.

Vəsiqənin qiyməti barəsində heç bir məlumat verilmir..Saxta sənəd hazırlayan bu şəxs üzü görsənməsin deyə, hətta sifarişi poçt vasitəsi ilə ünvana göndərdiyini deyir.

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, bu vəsiqəni əldə etmək istəyənlər adətən daha çox qayda pozmağa meyilli olan sürücülərdir. Onun fikrincə xüsusən gənclər belə saxta sənədlər əldə edirlər ki, yol polisi onları saxlayanda cərimə məhz həmin sənədə yazılsın. Amma həmin sürücülər də zənn etməsinlər ki, onlar bu əməllə cərimədən yayına biləcəklər.

Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır. Hüquq-mühafizə orqanlarının əməkdaşları bu vəsiqəni hazırlayan şəxsləri müəyyən edərək, barələrində qanunamüvafiq qaydada tədbir görəcək.
 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Baş prokuror özünə yeni köməkçi təyin etdi

Baş Prokuror Kamran Əliyev özünə yeni köməkçi təyin edib. Sfera.az xəbərinə görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmra əsasən, Ba...

Uşaqları bədbəxt hadisələrdən necə qorumalı? – Hündürmərtəbəli binalarda yaşayanlara tövsiyə

Ötən gün Abşeronda 2 yaşlı uşaq 6-cı mərtəbədən yıxılaraq ölüb. Son zamanlar təəssüf ki, bu tip xəbərlər artmaqda davam edir. Övladlarını nəzarətsiz qoyan val...

Azərbaycan üç erməni şirkət sahibini axtarışa verdi

Dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmiş Ermənistan Respublikasının işğalçı mahiyyətin...

Antitel analizləri üçün nə qədər ödəməliyik?

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah iyulun 1-dən etibarən yoluxma risklərinin azaldılması məqsədilə bir sıra iş yerlərində COVID-19 p...

Yollarda gizli radarlar quraşdırılıb? - DYP-dən açıqlama

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib. İdarədən Sfera.az-a verilən məlumatda deyilir: "Bəzi şəxlər sosial şəbəkələrdə və interne...

"I və IV qruplarda keçən ilkindən aşağı nəticələr olacaq" - Ekspertdən qəbul imtahanları ilə bağlı TƏKLİF

"Pandemiya səbəbindən tədris prosesinin formatının dəyişdirilməsi öz təsirini göstərəcək”.   Bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov ...