Azərbaycanda \"quş qripi\" riski

Azərbaycanda \
"Quş qripi ilə bağlı monitorinqlərin keçirilməsində əsas məqsəd ailə təsərrüfatları, təbiət ərazilərində yüksək patogen quş qripi təhlükəsi olan quşun olub-olmamağını öyrənməkdir.
 
Sfera.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "Facebook” sosial şəbəkəsindəki "Təhlükəsiz qida” adlı onlayn verilişində respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib.

Onun sözlərinə görə, noyabr, dekabr və yanvar aylarında monitorinqlər həyata keçirilib, həm epizootoloji, həm də monitorinq müayinələrinin nəticəsində xəstəliyə hər hansı şübhə olmayıb:
 
"Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı təşkilatının üzvüdür. Bu təşkilatın xətti ilə ölkələrdən heyvan xəstəlikləri barədə məlumatlar daxil olur. Məqsəd məlumatları əldə edərək xəstəliklərdən qorunmaq, xəstəliklərin ölkəyə daxil olmasının qarşısın almaqdır. Bu mövsümdə xüsusilə yüksək patogenli quş qripinin artma tendensiyası davam edir. Xüsusən Avropa ərazisində, ticarət əlaqələrimizin geniş olduğu bir sıra dövlətlər, eyni zamanda, İran, Rusiya, Qazaxıstan, Ukraynada bu xəstəlik var. Adekvat olaraq müəyyən tədbirlər həyata keçirməyə başlamışıq. Quş qripi xəstəliyi köçəri quşlar vasitəsilə yayılır. Bizim ölkəmizdə köçəri quşların həm daimi, həm də müvəqqəti məskunlaşma yerləri var. Ona görə Azərbaycan bu xəstəliyə görə riskli ölkə sayılır".

Onun sözlərinə görə, birinci görülməli profilaktik tədbir budur ki, istər kiçik ailə təsərrüfatları, istərsə də iri kommersiya təsərrüfatlarında ev quşlarının köçəri və çöl quşları ilə, xüsusilə qarğa, göyərçin, sərçə ilə təmasının qarşısı alınsın: "Bu quşlara qulluq zamanı şəxsi gigiyena vasitələrinə əməl olunmalıdır. Eyni zamanda, səbəbi məlum olmayan tələfat aşkarlandıqda dərhal müvafiq qaydada məlumat verilməlidir”.

OXŞAR XƏBƏRLƏR

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Bakıda taxta bazarı YANIR

Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. ...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...