Azərbaycanda qızıl istehsalının azalmasının hansı mənfi təsirləri var?

Azərbaycanda qızıl istehsalının azalmasının hansı mənfi təsirləri var?
Bu ilin ilk 4 ayı ərzində ölkəmizdə qızıl istehsalında azalma, gümüş istehsalında artım qeydə alınıb.

Sfera.az xəbər verir ki, 2022-ci ilin yanvar-aprel aylarını əhatə edən 4 aylıq dövrdə ölkəmiz 850 kq xalis qızıl istehsal edib. Ötən ilin eyni dövrü ilə müqayisədə görürük ki, qızıl istehsalında 24,6 faiz azalma baş verib. Əvvəlki ilin 4 ayında 1 127,3 kq qızıl istehsal olunmuşdu.

Gümüş istehsalında isə böyük artım qeydə alınıb. Bu qiymətli metal üzrə istehsal miqdarı 1 977,2 kq olub və əvvəlki illə müqayisədə 21,4 faiz artım baş verib. Ötən il eyni dövrdə 1 628 kq gümüş istehsal edilib.

Bu il qızıl istehsalının azalması Azərbaycanın qiymətli metallar ixracından əldə etdiyi gəlirə mənfi təsir göstərib. Gömrük məlumatlarına görə 2022-ci ilin 4 ayında ölkəmizdən xaricə 49,2 milyon dollar dəyərində qiymətli metallar satılıb. Bir il əvvəl qiymətli metal ixracı 65,7 milyon dollar olmuşdu.


Vasif
 

OXŞAR XƏBƏRLƏR

Bu ölkədə “İphone” bəyənilmir – Satışlar getdikcə AZALIR

Qlobal texnologiya bazarı üzrə araşdırma aparan “Counterpoint”in məlumatına görə, Çində “Apple”nin məhsullarına tələb xeyli azalıb. ...

Sadır Japarov Azərbaycana dövlət səfərinə GƏLDİ - YENİLƏNDİ

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.   Sfera.az xəbər verir ki, hər iki ölk...

Astarada ilk “Kontakt” mağazasının açılışında böyük izdiham -  60%-DƏK ENDİRİMLƏR

“Kontakt” mağazalar şəbəkəsi qucaq dolu fürsətlər və ənənəvi açılış proqramı ilə Astaraya gəldi. Ölkənin bütün bölgələrinə sevinc gətirməyi hədəfləy...

“Altsheymer”ə çarə axtaran, qlobal problemləri həll etmək istəyən “Sabahın alimləri” – Onlar kimdir?

Ötən həftə keçirilən “Sabahın alimləri” XIII Respublika müsabiqəsində uğurla iştirak edərək beş qızıl, bir gümüş medala sahib olan “Dünya&rdqu...

Devid Kemeron Türkmənistanda SƏFƏRDƏDİR

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Aşqabadda səfərdədir.   Sfera.az xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb. ...

Dünya beyin mərkəzləri nümayəndələrinin Qarabağa səfəri BAŞLADI - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.   Sfera.az xəbər verir ki...