Azərbaycanda qiymət artımlarının səbəbi açıqlandı – RƏSMİ
12:28 / 15.09.2021
740
Azərbaycanda bu il qiymət artımlarını dəstəkləyən əsas faktor bazis qiymətlərinin yüksəlməsidir.
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, bazis inflyasiyası kimi qəbul edilən istehlak qiymətlərinin bazis indeksi 2021-ci ilin avqust ayında iyul ayı ilə müqayisədə 0,3 faiz, 2021-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 3 faiz artıb.
Bazis inflyasiyası hesablanan zaman qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsullarının qiymət dəyişikliyi nəzərə alınmır.
Bu ilin ilk 8 ayında ölkəmizdə qiymət artımı 4,8 faiz olub. Müqayisə göstərir ki, qiymət artımını əsas dəstəkləyən mənbə məhz bazis inflyasiyasıdır.
Vasif
Sfera.az