Azərbaycanda qida məhsullarının idxalı kəskin artıb: Milyonlarla dollar ödəyib nə almışıq?

Azərbaycanda qida məhsullarının idxalı kəskin artıb: Milyonlarla dollar ödəyib nə almışıq?
Azərbaycanda kənd təsərüfatı məhsullarının istehsalında və qida sənayesində ardıcıl inkişaf templərinin təmin edilməsinə baxmayaraq xaricdən idxal edilən yeyinti (qida) məhsullarına tələb artır. Bunun nəticəsidir ki, son 10 ildə yeyinti məhsullarının həm idxal dəyəri artıb, həm də ümumi idxalda payı yüksəlib. 

Sfera.az bildirir ki, 2011-ci ildə ilk dəfə olaraq qida məshullarının idxal dəyəri 1 milyard dollar həddini ötüb. Həmin ildə yeyinti məhsullarının idxalına 1,081 milyard dollar xərclənib və bu vəsait cəmi idxalın 11,1 faizini təşkil edib. 2013-cü ildə yeyinti məhsullarının idxalı 1,15 milyard dollara (cəmi idxalın 10,75 faizi), 2018-ci ildə 1,37 milyard dollara (cəmi idxalın 12 faizi), 2020-ci ildə 1,64 milyard dollara (cəmi idxalın 15,3 faizi) yüksəlib. Son 10 ildə yeyinti məhsullarının idxal dəyəri 559 milyon dollar, yəni 52 faiz artıb. İdxalın həcmi ilə yanaşı cəmi idxalda payı da 4,55 faiz bəndi böyüyüb. 

Bəs, Azərbaycan hansı yeyinti məhsullarının idxalında böyük artıma nail olub?

Məlumatların təhlili göstərir ki, yeyinti məhsullarının idxalında həm dəyər, həm də faiz nisbətində ən böyük artım diri heyvanlar və heyvan mənşəli məhsullarda müşahidə edilib. Bu növ məhsulların idxalına 2011-ci ildə 118,7 milyon dollar xərcləndiyi halda ötən il 322,7 milyon dollar xərclənib. On il ərzində heyvan mənşəli məhsullara 204 milyon dollar və ya 2,72 dəfə çox vəsait xərclənib. 

Heyvan mənşəli məhsulların bütün alt sahələri üzrə kəskin artım qeydə alınıb. Burada ən çox artım diri heyvanlarda (4,95 dəfə) qeydə alınıb. Onun tərkibində diri iribuynuzlu idxalı 9,6 milyon dollardan 47 milyon dollara, diri qoyun və keçi idxalı 367 min dollardan 15,2 milyon dollar yüksəlib. Digər heyvandarlıq məhsullarının da alışı xeyli artıb. Dondurulmuş çəkildə olan iribuynuzlu heyvan əti idxalı 8,5 milyon dollardan 32,5 milyon dollara, ev quşlarının ətinin idxalı 34,4 milyon dollara, dondurulmuş balıq idxalı 4,6 milyon dollardan 15,6 milyon dollara kimi yüksəlib. 

Heyvandarlıq məhsulları arasında ən çox vəsait kərə yağı idxalına xərclənir. Ötən il kərə yağı idxalına 82,6 milyon dollar xərclənib ki, bu da 10 il əvvəlki göstəricidən 3,17 dəfə çoxdur. Pendir və kəsmiyə 32 milyon dollar (3,36 dəfə çox) vəsait xərclənib. 

Bitki mənşəli məhsulların idxalına çəkilən xərc də xeyli dərəcədə artıb. 2011-ci ildə bitki mənşəli məhsulların idxalına 520 milyon dollar xərcləndiyi halda ötən il 714 milyon dollar xərclənib. Bu növ məhsullara çəkilən xərc 194 milyon dollar və ya 37 faiz artıb. 
Bitki mənşəli məhsullar arasında taxıla 360 milyon dollar (45 milyon dollar artım), meyvə-tərəvəzə 204 milyon dollar (124 milyon dollar artım), qəhvə və çaya 63 milyon dollar (41 milyon dollar artım) xərclənib. 

Yeyinti məhsulları arasında bitki mənşəli məhsullardan sonra ən çox vəsait hazır qida məhsullarının alışına xərclənib. 2020-ci ildə hazır qida məhsullarının idxalına 620 milyon dollar xərclənib ki, bu da 10 il əvvəlki göstəricidən 210 milyon dollar artıqdır. Burada daha çox vəsait şəkər və qənnadı məshullarına (138 milyon dollar, 59 milyon dollar azalma), taxıldan hazırlanan hazır məhsullarına (107 milyon dollar, 62 milyon dollar artım), kakoya (76 milyon dollar, artım 42 milyon dollar artım) sərf edilib. 

Vasif
Sfera.az
   


OXŞAR XƏBƏRLƏR

Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA

“Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.   Sfera.az bildirir ki, bunu qa...

Qripin ağciyərlərə vurduğu zərərin qarşısını alan dərman hazırlandı

Yeni hazırlanmış dərman qripin yaratdığı iltihabın səbəb olduğu ağciyər zədələnməsinin qarşısını ala bilib.   Sfera.az bildirir ki, qripə səbəb olan qr...

Gürcüstan parlamentində kütləvi dava düşdü

Gürcüstan parlamentində “Xarici agentlər haqqında qanun”un müzakirəsi zamanı səs-küylü insident yaşanıb.    Sfera.az bildirir ki, Gü...

Bakı və Belqrad arasında mühüm telefon danışığı

15 aprel 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı a...

70 yaşlı məşhur amerikalı aktyor mərhum oğlunun fotosunu paylaşdı

70 yaşlı məşhur amerikalı aktyor Con Travolta mərhum oğlu Cettin xatirəsini ehtiramla yad edib. O, arxiv görüntülərini İnstaqramda paylaşıb.   Sfera....

Hakimin sinif yoldaşı olduğunu görüb göz yaşlarına boğulan məhbus - VİDEO

2015-ci ildə Artur But adlı şəxs oğurluqda ittiham olunaraq hakim qarşısına çıxıb. Hakimin orta məktəbdə sinif yoldaşı Mindi Qleyzer olduğunu anlayanda göz yaşl...