Azərbaycanda qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Azərbaycanda qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, noyabrın 25-i saat 11:00 məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Düşən yağıntının miqdarı: Astarada 27.0 mm, Lənkəranda 22.0 mm, Qəbələdə 17.0 mm, Göygöldə 9.0 mm, Daşkəsəndə 8.0 mm, Gədəbəy, Gəncədə 7.0 mm, Mingəçevir, İsmayıllı, Oğuzda 6.0 mm, Quba, Lerik, Qusarda 5.0 mm, Ləzə, Yardımlı, Şəmkirdə 4.0 mm, Göyçay, Ağdərədə (Ordubad), Naftalan, Şabran, Şamaxı, Ağsu, Tərtərdə 3.0 mm, Nabran, Xınalıq, Ağdam, Qobustan, Altıağac, Xaltan, Qrız, Bərdə, Sarıbaşda (Qax) 2.0 mm, Tovuz, Zərdab, Kürdəmir, Sabirabad, Kişçay (Şəki), Şahdağ, Şəkidə 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Maştağada 5.0 mm, Bakı, Pirallahıda 0.0 mm olub.

Qar örtüyünün hündürlüyü: Xınalıq, Daşkəsəndə 5 sm, Qrızda 4 sm, Göygöl, Altıağacda 2 sm, Qusar, Xaltan, Ləzə, Şahdağda 1 sm olub.

Külək: Şimal-qərb küləyi arabir Neftçalada 24 m/s, Salyan, Naftalanda 22 m/s, Tovuz, Daşkəsəndə 20 m/s, Qobustan, Tərtər, Tovuzda 18 m/s, Şirvanda 16 m/s, Şəkidə 15 m/s, Bakıda və Abşeron yarımadasında: Maştağa, Neft Daşlarında 25 m/s, Qum adasında 24 m/s, Ələt, Bakıda 22 m/s, Pirallahıda 21 m/s, Çilov adasında 20 m/s, Sumqayıtda 18 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.2 metrə çatıb.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 6°-dək isti, aran rayonlarında 6-10° isti, dağlıq rayonlarda 8°-dək şaxta, Naxçıvan MR-da 0-5° isti olub.

Qeyd: ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti noyabrın 27-dək davam edəcək. 27-si gündüzdən hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə tədricən yüksələcəyi gözlənilir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Operativ Qərargahın iclası keçirildi - Yeni il və “Omicron” gündəmdə

Bu gün Baş nazir, Covid-19 pandemiyasına qarşı mübarizə üzrə Operativ Qərargahın rəhbəri Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın genişləndirilmiş iclası k...

MTN generalını kim himayə edir? – Mövlam Şıxəliyevlə bağlı Prezidentə müraciət

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev və digərilərinin cinayət işi üz...

Prezidentlərin görüşü İran mətbuatının yanaşmasını dəyişəcəkmi?

28 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının prezidenti İbrahim Rəisi arasında görüş başa tutu...

Oliqarx Mehrac Babayevin qalmaqallı xəstəxana tikintisi: məmur rüşvətə görə həbs olundu

Rusiyanın Nijnevartovsk şəhərində "Əsaslı Tikinti İdarəsi" dövlət şirkətinin regional filialının direktoru Aleksandr Makarikov 35 milyon rubl rüşvət almağa görə...

SOCAR 1 674 işçisini “sərbəstləşdirdi" - Müzakirələrə səbəb olan AÇIQLAMA

SOCAR 1674 işçisinin ixtisara düşməsi barədə yayılan məlumatlara münasibət bildirib.   Sfera.az-ın xəbərinə görə, SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədb...

DYP Bakıda bağlanan yollarla bağlı sürücülərə müraciət etdi

"Son vaxtlar Bakı şəhərinin mərkəzi və digər küçələrində yük avtomobillərinin gün ərzində yollarda hərəkətdə olması, bəzi ərazilərdə bu səbəbdən müəyyyən sıxlıq...